“Akasiya Durağı”nın kapitanı dünyasını dəyişdi
Türkiyə teatr və kino sənətinin əvəzolunmaz aktoru Zəki Alasya 72 yaşında qara ciyər xəstəliyindən dünyasını dəyişdi.
Zəki Alasya 1943-cü il aprelin 18-də İstanbulda anadan olub. Əslən Kiprli olan Zəki Alasya Türkiyədə məşhur olan Mehmet Kamil Paşanın qardaşı oğludur.
Zəki Alasya Robert Kolejinin məzunudur. O sənətə 1959-cu ildə MTTB teatrında həvəskar olaraq gəlib. Arena, Genar ve Ulvi Uraz teatrlarında çalışdıqdan sonra Haldun Taner, Metin Akpınar və Ahmet Gülhan ilə birlikdə Devekuşu Kabare Tyatrosunun qurucularından biri olub. 1973 -cü ildən bədii filmlərə çəkilməyə başlayıb. Metin Akpınar ile birlikdə Türk kinosunda yeni bir cütlük təşkil etdilər. Bir çox filmdə yer aldı və 1998-ci ildə Türkiyə Mədəniyyət nazirliyi onu Dövlət Sənətçisi adı ilə mükafatlandırdı.
Zəki Alasya ilk rejissorluq fəaliyyətini də dayandırmayıb. Onun filmleri olan Aslan Bacanak, Sivri Akıllılar, Caferin Çilesi, Petrol Kralları, Doktor, Köşe Kapmaca, Vay Başımıza Gelenler ve Elveda Dostum kimi məşhur filmlər Zəki Alasyaya böyük hörmət və nüfuz qazandırıb.