Almaniyada dələduzlar da sığınacaq alırlar

azerbaycan almaniya

xural.com-a Almaniyanın Bavariya əyalətində yaşayan soydaşlarımız haqqında məlumatlar daxil olub. Məlumatlarda ictimaiyyəti maraqlandıran detallar olduğu üçün, məktubun bəzi hissələri haqqında oxuculara məlumat verməyi qərarlaşdırdıq. Məktubda deyilir ki, “Almaniyaya əsassız olaraq sığınacaq dalınca gedənlərin içərisində Bakıda dələduzluq edib Azərbaycanı tərk edənlər də az deyil. Təəssüf ki, Azərbaycandan bəzilərinin Avropada, o cümlədən də daha çox Almaniyada əsassız sığınacaq almağa can atanlar vardır. Onlar Avropanın, xüsusilə də Almaniyanın hökumətlərini aldadaraq özünü siyasi mühacir kimi göstərir və sığınacaq almağa çalışırlar. Almaniya hökumətini siyası sığınacaq adı ilə aldadaraq, saxta siyasi partiya sənədləri əldə edərək, “mühacir” olurlar. Bu adamların bəziləri Azərbaycanda bir neçə nəfəri aldadaraq və onlara külli miqdarda pul ataraq Almaniyaya qaçmış adamlardır.”

Bu adamların Almaniyada sığınacaq adı ilə Almaniya hökumətini aldatdığı da qeyd olunur. Almanların vergi pullarından bəslənərək Azərbaycandakı törətdiyi əməllərdən qaçıb can qurtarmaq bir yana qalsın, orada da soydaşlarımızı incidir, onların iş qurmasına əngəl olur, onların etibarlarından sui-istifadə edərək, azərbaycanlılara qarşı dələduzluq edirlər. Belə qənaətə gəlmək olur ki, Bakıda bir neçə nəfəri aldadaraq və dələduzluq edərəq oğurladığı və atdığı külli miqdarda pulların hesabını verməkdən boyun qaçıraraq, bu tip adamlar Almaniyada sığınacaq almaq məqsədi güdürlər.

Redaksiyamızı bilgiləndirən mənbə, məktubunda bu adamlardan bəzilərinin saxta partiya biletləri düzəltdirib satmaqla da məşul olduğunu da bildirir.

Sığınacaqda olan adamlara Almaniya hökuməti tərəfindən aşağıdakı təminatların olduğunu bir çoxları bilir: pulsuz mənzillə təminat, pulsuz xəstəlik sığortası, orda hesablamada 1200 avro maddi yardım və s.  Adətən sığınacaqda olan adamlar həm də bundan sui-istifadə edərək ictimai iaişə obyektlərində, restoranda bu və ya digər yerlərdə qara çalışaraq vergidən yayınır və əlavə gəlir mənbəyi əldə etmiş olur ki, bununla da  Almaniya dövlətini aldadaraq ondan sui-istifadə edərək bəhrələnir.

Məktub bu sözlərlə bitir: “Belə halların olmaması üçün Azərbaycandan Almaniyaya gedən turistlər, iş adamları, yaxud orada yaşayan azərbaycanlılar, elə öz həmvətənlərindən ehtiyatlı olmalıdırlar.”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button