ATƏT jurnalistin qətlində təqsirləndirilən şəxslərlə bağlı bəyanat verdi

Dunya Miyatoviç

ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç jurnalist Rasim Əliyevin qətlində təqsirləndirilən şəxslərə verilmiş hökmü alqışladığı barədə bəyanatla çıxış edib.

Miyatoviç həmçinin bir sıra jurnalist, insan haqları müdafiəçilərinin prezidentin 17 mart tarixli əfv fərmanı ilə azadlığa buraxılmasını da müsbət qiymətləndirdiyini bəyan edib.

Miyatoviç rəhbərlik etdiyi qurumun media azadlığı və jurnalistlərin təhlükəsizliyi istiqamətində Azərbaycan hökuməti ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button