AXCP-nin gənc fəalı həbs olundu

Rahib Hacıyev23.07.2013

AXCP gənc fəalı, Suraxanı rayon təşkilatının üzvü Rahib Hacıyev həbs edilib. Bu barədə Turan-a AXCP-dən bildiriblər.

Gənc hələ bazar günü qanunsuz narkotik saxlamaq ittihamı ilə saxlanılıb. O, 2 ay müddətinə həbs edilib. Məhkəmə həbs haqqında təqdimata vəkilin iştirakı olmadan baxıb, fəalın doğmalarına isə həbs haqqında məhkəmə qərarından sonra bildiriblər.

Gənclər Komitəsinin fəal üzvü Rahib Hacıyev iyulun 21-də yaşadığı binanın qarşısında saxlanılaraq Narkotiklərlə Mübarizə İdarəsinin Səbael rayon şöbəsinə aparılıb.
Rahib Hacıyevi 7 nəfər polis formasında, 5 nəfər mükü formada olan şəxslər yaşadığı blokun qarşısında tutub, yaşadığı mənzilə aparıblar. Uzun axtarışdan sonra guya evdən narkotik maddə tapılıb. Daha sonra Rahib Hacıyevə narkotik ittihamı ilə cinayət işi açılıb.

Xatrıladaq ki, Rahib Hacıyev siyasi fəaliyyətinə görə bir-neçə dəfə polisə çağırılaraq, həbs olunmaqla hədlənmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button