Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına 4 milyon 500 min manatadək vəsait daxil olub

15.02.2012

Ötən il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AİHK) 4 milyon 500 min manatadək vəsait daxil olub

Bu haqda məlumatı AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev verib. Onun sözlərinə görə, bəzi mətbuat orqanları AHİK-ə daxil olan vəsaitin kommersiya məqsədləri üçün istifadə edilməsi barədə yalan məlumatlar yayırlar. Bu informasiyalar həqiqətə uyğun deyil. Qurum vəsaitin qənaətlə xərclənməsinə ciddi nəzarət edir. Daxil olunan vəsait idman yarışlarının, mədəni-kütləvi tədbirlərin keçirilməsinə və digər işlərə sərf edilir.

 Bir müddət əvvəl S.Mehbalıyev mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, Azərbaycan həmkarlar təşkilatlarının üzvləri tərəfindən quruma hər il təxminən 20 milyon manatdan artıq maliyyə yardımı göstərilir: “Ayrılan bu vəsaitin 10 faizi Konfederasiyaya daxil olur, 45-50 faizi ilk təşkilatlarda, 20-25 faizi isə sahə həmkarlar təşkilatlarında cəmləşir. Yəni yığılan vəsait əsasən ilk təşkilatlar tərəfindən xərclənir. Ümumilikdə bu il 6 mindən artıq uşaq istirahət düşərgələrinə, 25 mindən artıq vətəndaş isə sanatoriyalara və istirahət müəssisələrinə göndərilib”.
   
Mütəxəssislərin fikrincə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvlərindən ildə 20 milyon vəsait toplaması ölkə üçün heç də kiçik rəqəm deyil: “Daxil olan vəsaitin artırılmasının yolu üzvlərin sayının artırılmasından keçir. AHİK-nin isə belə bir problemi yoxdur. Sadəcə bu vəsaitlərdən idman və mədəni-kütləvi tədbirlərin keçirilməsinə sərf olunmaqdansa insanların sosial rifahının yaxşılaşdırılmasına sərf olunsa daha yaxşı olar. Çnki istər idman, istərsə də mədəni sahələrdə hər hansı tədbirlərin keçirilməsi üçün müvafiq nazirliklər və dövlət qurumları fəaliyyət göstərir ki, onlar da eyni məqsəd üçün hər il dövlət büdcəsindən vəsait alırlar.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button