Azərbaycan və Macarıstan tibb universitetləri əməkdaşlığa başlayacaqlar

korpus

Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetinin qonağı oldu

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) akademik Əhliman Əmiraslanovla Macarıstanın Azərbaycandakı fövqəladə  və səlahiyyətli səfiri İmre Laslotski və müşaviri Şandor Kapitani arasında görüş keçirilib

xural.com-a ATU-dan verilən məlumata görə, görüşdə Əhliman Əmiraslanov ATU-nun fəaliyyəti barədə  qonaqlara məlumat verdi. Onun sözlərinə görə, bu ali təhsil ocağı 1919–cu ildə Bakı Dövlət Universitetinin tərkibində fakültə kimi yaradılıb. 1930-cu ildən isə müstəqil ali məktəb kimi fəaliyyət göstərməyə başlayb: “Universitetimiz bu il müstəqil universitet kimi 85 yaşını, fakültə kimi isə 96-cı yaşını qeyd edir”. ATU-nun professor-müəllim heyəti haqqında da məlumat verən akademik Ə. Əmiraslanov bildirdi ki, 6 fakültəsi olan bu ali təhsil ocağında 160-dan çox professor, 320 dosent, 800-ə yaxın elmlər namizədi və ümumilikdə 1300 nəfər akademik personal çalışır: “Hazırda universitetdə 7000-dən çox tələbə və rezident, həmçinin 1000-dən çox xarici ölkə vətəndaşları olan tələbələr təhsil alırlar.

  Akademik Ə.Əmiraslanov Azərbaycanla Macarıstanın qardaş ölkə olduğunu və təhsil müəssisələri arasında daha sıx münasibətlərin yaradılmasının vacibliyini vurğuladı. Onun sözlərinə görə, ali məktəblər arasında qarşılıqlı layihələr həyata keçirilməsinə böyük ehtiyac var. Akademik həmçinin ötən tədris ilində Macarıstanın Zemvelveys Universitetinin rektoru ilə keçirdiyi görüşdən də söz açdı.

Görüş zamanı cənab səfir Laslotski iki ölkə arasında olan sıx əlaqələr haqqında danışdı. O, Azərbaycan və Macarıstanın səhiyyə və təhsil sahəsindəki münasibətlərindən bəhs edərək,  ikitərəfli əlaqələrin vacibliyindən də söz açdı.

Görüşün sonunda iki ölkənin ali məktəbləri, o cümlədən Tibb Universitetləri arasında əlaqələrin gücləndirilməsi üçün ortaq layihələrin icrasına dair razılığa gəlindi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button