Bağda Nəbiyeva: “Azərbaycan şəhidlərin qanı hesabına müstəqil oldu. O zaman Etibar Hüseynov kimilər harada idilər?”

SAM_028430.06.2013

Artıq 11 ildir ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının təşəbbüsü ilə ölkəmizdə  30 iyun – “Sevgililər Günü” kimi qeyd olunur. Hər il müxtəlif tədbirlər planı həyata keçirən “Xural” qəzetinin redaksiyası bu müqəddəs günün bayram kimi qeyd olunması üçün sözün əsl mənasında fədakarcasına, ürəklərində Vətənimizə və millətimizə dərin məhəbbətlə əmək qoyublar.

Qəzetin baş redaktoru Əvəz Zeynallı hazırda həbsdə olduğu üçün bu il keçirilən tədbirlərdə iştirak edə bilmir.  Buna baxmayaraq,  səhər saatlarında “30 İyun – Sevgililər Günü” münasibətlə Şəhidlər Xiyabanında təşkil edilən ziyarət-gəzintidə “Xural” qəzetinin kollektivi, İlhamla Fərizənin ailə üzvləri, media nümayındələri və xalqımızın dəyərli insanları iştirak ediblər. Xiyabanda əvvəlcə şəhid sevgililər- İlham və Fərizə Allahverdiyevlərin məzarları üzərinə qərənfillər düzülüb, ruhlarına dualar oxunub. Vətənimiz yolunda canından keçən şəhid qəhrəmanlarımızın da ruhları yad edilib. İlham Allahverdiyevin anası Ofelya Allahverdiyeva və Fərizənin anası Bağda Nəbiyeva övladlarının bütün sevənlər üçün nümunə olduğunu bildiriblər. Onlar həmçinin İlhamla Fərizənin toy gününün Sevgililər Günü olması təşəbbüsünün müəllifi, “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallıya azadlıq arzulayıblar. Fərizənin anası Bağda Ana, deputat Etibar Hüseynovun  “Sevgililər Günü bizim haramıza yaraşır?” açıqlamasına kəskin etirazını bildirib: “Bizə torpaqlarımızı işğaıçılara təhvil vermək yaraşmır. Bizə millətin başı üstündən vəzifə tutub, sonradan ona xor baxmaq yaraşmır. Bəli, “Sevgililər Günü” bizim millətimizə yaraşır. Bu haqda qərar vermək də o deputatın vəzifəsi deyil. Yaxşı olar ki, o Azərbaycan üçün dövlət əhəmiyyətli işlərlə məşğul olsun. İlham Azərbaycanın müstəqilliyi yolunda şəhid oldu, Fərizə də öz sevgisi yolunda canından keçdi. Onlar xalqımızın gənclərinə nümunədirlər. Bu günü danmaq, xalqımıza, millətimizə, dövlətimizə xəyanət etmək deməkdir. Bunu danan deputat deməli dövlətə dəxəyanət etmiş olub. Dövlət onun cəzasını verməsə də, Allah verəcək. Bu deputat İlhamın uğrunda öldüyü müstəqil Azərbaycanın deputatıdır. Azərbaycan o şəhidlərin qanı hesabına müstəqil oldu. O zaman Etibar Hüseynov kimiləri harada idilər? Ona görə də bu haqda danışmağa etibarkimilərə heç kəs haqq verməyib. Öz işlərilə məşğul olsunlar…”

Ə.Zeynallı tədbir iştuirakçılarına canlı telefon bağlantısı vasitəsilə ürək sözlərini bildirb. O qeyd edib ki, Azərbaycan xalqı hər zaman dəyərverən xalq olub. Bu gün heç nəyə baxmayaraq, ora toplaşanların

“Sevgililər Gəzintisi” bu günün ideya müəllifi Əvəz Zeynallını 10 saylı cəzaçəkmə müəssisəsində baş çəkməklə sona çatıb.

Xatırladaq ki, 30 İyun tarixi 20 Yanvar şəhidləri İlham və Fərizənin toy gününün – bir-birlərinə qovuşduqları müqəddəs günün tarixidir.  Xalqımız 2002-ci ildən “Xural” qəzetinin təşəbbüsü ilə bu tarixi “Sevgililər Günü” kimi qeyd edir.

SAM_0230SAM_0275

 SAM_0280SAM_0257SAM_0266SAM_0267SAM_0294SAM_0306SAM_0309SAM_0313SAM_0327

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button