Bakı Fransız Liseyi bağlanır

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

Bakı Fransız Liseyinin öz fəaliyyətini dayandıracağı bildirilir. Artıq bu barədə liseydə oxuyan şagirdlərin valideynlərinə məlumat verildiyi deyilir. Məlumatlara görə, bildirilib ki, tədris ilin sonuna qədər dərslər davam edəcək, amma növbəti tədris ilindən lisey fəaliyyətini dayandırır.

Liseydən bu məlumatı “Turan”a təsdiqləyiblər. Əlavə olaraq bildirilib ki, bununla bağlı qərarı təsisçilər qəbul edib, lakin təsisçilərin kim olduğu barədə heç bir məlumat verilməyib.

Bakı Fransız Liseyində hazırda 200 şagirdin təhsil aldığı deyilir. Məsələ ilə bağlı, hələlik, həmin şagirdlərin valideynlərindən ayrılıqda dəyərləndirmə almaq mümkün olmayıb.

Bakı Fransız Liseyi Azərbaycanda yaşayan fransızdilli xarici vətəndaşların və ölkə vətəndaşlarının fransız dilində təhsil alması məqsədilə yaradılıb.

2011-ci ilin martında Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Təhsil Nazirliyi arasında Bakıda fransız liseyinin tikintisi ilə əlaqədar niyyət bəyannaməsi imzalandığı açıqlanıb. Oktyabrda isə Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə liseyin təməlqoyma mərasimi keçirilib.

2014-cü il sentyabrın 12-də prezident İlham Əliyev Bakı Fransız Liseyinin açılışında iştirak edib.

Fransa və Azərbaycan arasında münasibətlər son illərdə gərginləşib. Ötən ilin sonunda tərəflər bir-birinin diplomatlarını “arzuolunmaz şəxs” elan ediblər. Rəsmi Bakı Azərbaycan-Ermənistan sülh prosesində Fransanın hər hansı iştirakına qarşı çıxır. Bakı Parisi Ermənistana tərəfkeşlikdə ittiham edir.

Amma bu ölkənin Xarici İşlər Nazirliyi bugünlərdə bəyan edib ki, Fransa beynəlxalq hüquqa, habelə hər iki ölkənin ərazi bütövlüyünə hörmət şərti ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəyini bir daha təsdiqləyir.

Bir neçə gün öncə rəsmi Paris Fransanın Azərbaycandakı səfirini məsləhətləşmələr məqsədilə geri çağırdığını açıqlayıb.

1990-cı illərin əvvəllərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button