G7 Bakı və Yerevanı sülh prosesinə riayət etməyə çağırıb

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

Böyük Yeddilik Qrupunun (G7) xarici işlər nazirləri Ermənistanla Azərbaycanı gücdən istifadə etməmək və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh prosesinə riayət etməyə çağırıblar.

Bu barədə G7-nin bəyanatında bəhs edilib.

“Biz Ermənistanla Azərbaycanı gücdən istifadə etməmək, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü prinsipləri əsasında ləyaqətli və davamlı sülhə nail olmaq üçün sülh prosesinə tam sadiq qalmağa çağırırıq”, – sənədin mətnində yazılır.

G7 ölkələri münaqişənin daha da eskalasiyasının qəbuledilməz olduğunu vurğulayıblar.

“Biz Azərbaycanı beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam əməl etməyə, öz evlərinə dönmək istəyən qaçqın və məcburi köçkünlərin təhlükəsiz, dayanıqlı şəkildə qayıdışı üçün müvafiq addımları təşviq etməyə çağırırıq”, – bəyanatda bildirilir.

G7 üzvləri bütün səviyyələrdə, xüsusən də Avropa İttifaqı və Birləşmiş Ştatların irəli sürdüyü danışıqlar çərçivəsində gələcək konstruktiv təmasları təşviq etməyə hazır olduqlarını vurğulayıblar.

G7-yə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ daxildir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button