Bir neçə günün həbs dalğası oliqarxları silkələdi

“Harvey Nichols”Oliqarxlar borclarını qaytarmaq üçün Bakıda böyük endirimə başladı

Bu günlərdə saxlanılan oliqarx Dünyamin Xəlilovun ticarət mərkəzində yerləşən “Harvey Nichols” mağazası satdığı mallara bu gündən etibarən böyük endirim elan edib.

Bu məlumatı virtualaz.org saytına “Globus Plaza”nın əməkdaşları veriblər.

Onların sözlərinə görə, obyektin sahibi elit firmanın məhsullarını misilsiz endirimlə satışa çıxarıb. Həmin mallara 60 faiz endirim elan edilib. Rəhbərliyin bu addımı atması onun nağd pula kəskin ehtiyacının yaranması ilə izah olunur.

Yada salaq ki, “Globus Plaza”nın sahibi olan keçmiş deputat Dünyamin Xəlilov bir neçə gün əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. İlkin məlumata görə, D.Xəlilov banklardan öz əməkdaşlarının adına bir neçə milyon manatlıq kredit götürməkdə ittiham olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button