BMT: Dünyanın 10 faizi acdır, amma insanlar ərzaqların 17 faizini çölə atırlar

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramı dünyada qida tullantıları ilə bağlı hesabat təqdim edib.

Həmin hesabata görə, Yer kürəsində qidaların 17 faizi tullantılara gedir. Eyni zamanda, dünyada 783 milyon insan daimi aclıq şəraitində yaşayır. Bu, dünya əhalisinin təxminən 10 faizini təşkil edir.

Bildirilir ki, orta hesabla Yer kürəsinin hər bir sakini hər il onlara lazım saymadıqları 79 kiloqrama yaxın ərzaq məhsulunu tullayır. Orta ABŞ sakini 159 kq, avropalı 65 kq, rusiyalı 56 kq “artıq” qida atır. 2022-ci ildə ərzaq tullantılarının ümumi həcmi 1.05 milyard ton təşkil edib. Bu, gündə təxminən 1 milyard yemək porsiyası deməkdir.

Məlumatlara görə, ərzaq tullantıları təkcə zəngin ölkələrin problemi deyil. Yüksək, orta və aşağı gəlirli ölkələr arasında kəmiyyət fərqi adambaşına ildə təxminən 7 kq-dır (10 faiz).

Bəşəriyyətin bütün ərzağın təqribən 1/5-ini zibil yeşiyinə atması təkcə israfçılıq sayılmır. Hesabatda müəyyən edilib ki, qida tullantılarının artması ətraf mühitə zərərlidir və mənfi iqlim dəyişikliyinə əhəmiyyətli töhfə verir. Çürüyən qida tullantıları atmosferə illik istixana qazı emissiyalarının 8-10 faizini yaradır.

BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnqer Anderssen da deyib ki, milyonlarla insan acdır və bir o qədər insan qidanı zibil qutusuna atır: “Bu, təkcə sosial inkişafa yox, həm də ətraf mühit və iqlim üçün problemdir”.

BMT dövlətləri ərzaq məhsullarının yenidən bölüşdürülməsi üçün daha çox əməkdaşlığa çağırır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button