Bürclər-17 noyabr

Bürclər (17 noyabr)

QOÇ – Daxili sıxıntılarınızın artacağı mümkündür. Bu isə ətrafınızda olan insanların etibarsızlığından doğacaq. Bir tərəfdən səhhətinizdə, digər tərəfdənsə münasibətlərinizdə problemlər mümkündür.
 
BUĞA – Ümumi çalarlarına görə uğurlu gün hesab etmək olar. Qarşılıqlı münasibətlərdən tutmuş əməli fəaliyyətə qədər hər şey zövqünüzə uyğun olacaq. Uzaq səfərə çıxmağa, qonaq getməyə dəyər.
ƏKİZLƏR – Yeniliklər yolunuzu gözləyir. Rastlaşdığınız insanların əksəriyyəti qayğılarınızı sizə unutduracaq. Zamanı geri qaytarıb səhvinizi düzəltməkdənsə, real hədəflərə doğru irəliləyin.
XƏRÇƏNG – Ciddi işlərin həllinə həvəs göstərməyin. Əks təqdirdə, sizə mane olanlar tapılacaq. Yaxşı olar ki, əsas diqqətinizi istirahətə yönəldəsiniz. Ürəyiniz istəsə, qonaq getmək də olar.
ŞİR – İxtiyarınızda olan bu təqvimdə üzərinizə düşən başlıca vəzifə ədalətli qərarlar çıxarmaqdır. Baş verən situasiyaları düzgün qiymətləndirin. Yeni qərarlar səmərə verə bilər.
QIZ – Kənardan kömək olmasa, hər hansı nailiyyətə yetişə bilməyəcəksiniz. Ümumiyyətlə, təkbaşına heç bir iş görməməlisiniz. Bu gün yeganə uğurunuz ailə-sevgi münasibətlərində mümkündür.
TƏRƏZİ – Daxili sıxıntılarınızın xeyli azalacağı gözlənilir. İstənilən prosesdə ədalət prinsiplərindən bəhrələnin. İmkan verməyin ki, sizi aldatsınlar. Sevgidə qətiyyət göstərin.
ƏQRƏB – Bürcünüzün ən aktiv dövrü olduğundan göstərilən müddətdə uğurlu anlarınız çox olacaq. Odur ki, gün ərzində canfəşanlığınızı daha da artırmalısınız. Axşama yaxın sürprizlər mümkündür.
OXATAN – Fəaliyyət zəminində uğurlarınız mümkündür. Bunun üçün ilk növbədə işgüzar sövdələşmələrinizin sayını artırmalısınız. Amma səhhətinizi də qorumalı, mübahisədən qaçmalısınız.
OĞLAQ – Risk etməyə məhkumsunuz. Çünki mövcud ideyalarınızı kerçəkləşdirməkdən ötrü başqa yolunuz qalmayıb. İndi güzəştə getmək yalnız zərərinizə işləyə bilər. Axşam qonaq getmək maraqlı olacaq.
SUTÖKƏN – Bəzi qanqaraçılıqlar gözlənilsə də, səbr nümayiş etdirməlisiniz. Əmin olmadığınız proseslər barədə qəti fikir söyləməyin. Bir sözlə, riskə getmək, mübahisə etmək, səfərə çıxmaq olmaz.
 
BALIQLAR – Gərgin situasiyalarla rastlaşma ehtimalınız var. Ələlxüsus da kənar təsirlər əsəblərinizi qabarda bilər. Təmkinli olun. Səfərə çıxmaq istəyirsinizsə, bu planı saat 12-yə qədər reallaşdırın.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button