Çovdarovla işləyən 3 hakimin adı çəkildi – Novruz Kərimov, Eldar İsmayılov, Faiq Qəniyev…

elcin sadiqov

Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu 2004-2011-ci illərdə bir sıra hakimlərin onun və müavini Akif Çovdarovun diktəsi ilə qərarlar qəbul etdiyi üzə çıxır.

Konkret olaraq, Respublika Prokurorluğunun “MTN işi” ilə bağlı açıqlamasında 58 sahibkarın şikayətini qeyd etmək mümkündür. Bu sahibkarların əksəriyyəti haqqında məhkəmə hökmlərini hakimlər Eldar İsmayılov, Faiq Qəniyev və Novruz Kərimov çıxarıb. Yaxud jurnalist Pərviz Həşimov barədə məhkəmə hökmünü Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun rəhbərlik etdiyi heyət qəbul etmişdi.

Novruz Kərimov baş redaktor Əvəz Zeynallı haqda hökm çıxaran məhkəmə heyətində də var idi. Novruz Kərimov vaxtilə MTN-də müstəntiq vəzifəsində çalışıb. Yaxud Faiq Qəniyev 2010-cu ilin aprelin 1-də vəkil Elçin Sadıqovu MTN-nə çağıraraq haqqın.az saytının baş redaktoru Eynulla Fətullayevin işi ilə bağlı dindirmək istəsə də, vəkil bundan imtina etmişdi. Buna görə vəkili 6 saat MTN-də saxlamışdılar. E.Sadıqov səbəbini öyrənmək istədikdə, göstərişin Akif Çovdarovdan gəldiyini bildirmişdilər.

Bu araşdırmayla bağlı bağlı Meydan TV vəkil Elçin Sadıqovla əlaqə saxlayıb.

meydan.tv

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button