Daşkəsəndə ayılar kəndə hücum edib – Xəsarət alan var
Daşkəsən rayonunun Çıraqlı kəndində ayılar əkin sahəsində işləyən bir nəfər kənd sakininə hücum edərək ona xəsarət yetiriblər.
Yaralı – Çıraqlı kənd sakini 32 yaşlı Elbrus Bayramov Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Xəstəyə təcili-tibbi yardım göstərilib.
Kənd sakinlərinin sözlərinə görə, vəhşi heyvanlar aprelin əvvəllərində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin silahlı bölmələrinin açdığı atəş səslərindən hürkərək meşədən kəndin içərisinə doğru gəliblər. Sakinlər bildirirlər ki, gecə saatlarında kənddə hərəkət xüsusilə təhlükəli olur(azərtac).