DDŞ, yoxsa “Azayın Şurası”?

Dövlət Dəstəyi Şurasında nələr baş verir?

Azay-Quliyev-yenishekil1

Kimin kim olduğunu hamı yaxşı bilir.

Bir neçə gün qabaq QHT-lərə Dəstək Şurası haqqında birinci yazımı dərc etdiyinizə görə, azad media təmsilçilərinə minnətdarlıq edirəm. Onlar Azay Quliyevin basqısından qorxmadan bu yazımı dərc etdilər. Çox təəssüf edirəm ki, digərləri qrant almamaq qorxusundan belə məqalələrə diqqət ayırmadılar. Hətta bəziləri məddahlıqdan da geri qalmadılar. Onları da qınamıram. Balalarına çörək pulu aparırlar.

Mənim məktubumu naməlum elektron poçt kimi qələmə verdilər. Halbuki adım və soyadım da hamıya bəllidir. Uzun müddət mən Milli QHT Forumuna gəlib getmişəm. Onlarla işləmək xahişlərim saysızdır. Fərasət Qurbanov heç vaxt məni kimi savadlı insanları Azay Quliyevin yanına buraxmayıb. Ehtiyatlanıb ki, birdən mən ofis menecer olaram, əsas söz sahibinə çevrilərəm. Elə də oldu. Mənim kimi fəallar da uzaqlaşdı, vitse-prezidentlər də çıxarıldı. 3-4 nəfər özləri qaldılar ki, xarici donorlardan aldıqları pulları yaxşıca bölə bilsinlər. Bunlar elə o vaxtdan korrupsiya təcrübəsi topladılar. Hamısının qohumluq əlaqələri də göz qabağında idi.

İllər keçdi, ayrı sahədə işləsəm də, QHT yaratmaq qərarına gəldik. Şuraya dəfələrlə özüm, qızım müraciət etdi. Sanki büroktarizmin ana mərkəzinə müracitə etdiyimizin şahidi olduq. Nə müraciətə baxan oldu, nə də qulaq asan. 2 ilə yaxın çəkdi bu proses. Nə QHT yaratmağa məktub verdilər, nə də qrant.

Rauf Zeyniyə də müraciət etdik, dedi, Forumun gücü çatan iş deyil. Bəs necə olur ki, öz təşkilatlarınızı qeydiyyatdan keçirib onlara on minlərlə pul verirsiniz?

Sonradan köhnə dostlardan xahiş etdim, mənə Azay Quliyevlə görüşməyimə kömək etsinlər. Nə fayda, dedilər, Azay o Azay deyil. Artıq nazirdir. Onunla yox, Fərasət Qurbanovla görüşməyimə kömək edə biləcəklərini dedilər. Özüm istəmədim, çünki Fərasəti də, Resurs Mərkəzlərinin rəhbərlərini, Raufu, Aydını və Umudu da yaxşı tanıyırdım.

Mən əslən Qərbi Azərbaycanlı olduğum üçün Azay Quliyevin kim olduğunu da, qohumlarını da yaxşı  tanıyıram. Ona görə mətbuatdan insanlara yalan sırımağı yığışdırın.

QHT-də olan çox dostlarımız var ki, QHT Şurasının əlindən qan ağlayır. Aldıqları layihələrin 50 faizini məcburi “otkad” kimi alırlar. Onları məcburi öz nəşriyyatlarına göndərirlər. İclas zalını məcburi Mətbuat Evinə saldırırlar. Mühasibatlığı özlərində etdirirlər. Hamısı da külli miqdarda vəsait qarşılığında.

Kimsə “otkad” məsələsini kənara çıxardırsa, sözün məcazi mənasında onu əzirlər. Qorxuya düşən təşkilat rəhbərləri də onları ifşa edə bilmirlər.

MTN-nin əməkdaşı kimi Şurada çalışan Azər Rəhimovla ortaq tanışlığımız var idi. Ortaq dostlardan biri məni onunla görüşə yönəltdi. Dedi, ona denən, sənə qeydiyyat və pul almaqda kömək edəcək. Onunla da görüşdüm. Çox pul istədi. Razılaşmadım. Dedim, hər şey həll olunsun, qrant alanda verərəm. Dedi yox, nağd olmalıdır, yoxsa Azay müəllim öz boynuna bu işi götürməz.

Sonradan həmin adamlardan eşitdim ki, Azəri çıxarıblar. Danışırdılar ki, Azay Quliyev onun əli ilə xeyli pul qazandı, amma arxasında dayanmadı.

Şuraya gedib-gələnlərin hamısı deyir ki, ora qohum məclisidir. Zarafatca deyirlər ki, “Azayın Şurası”. Təsadüfi demirlər. Forumdakı dostlarımızın çoxu gündəlik oradadılar. Mən hamısını dəqiq bilməsəm də, onlar kimin Azay Quliyevlə necə qohum olduğunu əzbər bilirlər.

Bir sözlə, Şura Azay Quliyevin qohumları üçün iş yeri, “pul dağı”, deputat seçilmək üçün güc mənbəyidir.

Çoxunuz bunu yaxşı bilirsiz. Sadəcə cəsarətiniz çatmır ki, açıq deyəsiniz. Bəlkə də mən ürəklərdən xəbər vermişəm.

Qoy cavabdeh qurumlar baxsınlar bu işə. Bəlkə də onların insafı olacaq QHT qeydiyyatı üçün məktub almağı, qrant almağı Şuraya həvalə etməyəcəklər.

Kamil Nəzərov

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button