Elmar Hüseynovun qətli ilə bağlı Londonda dinləmələr olacaq

11.02.2012

10 aparıcı beynəlxalq təşkilatın birləşdiyi Azərbaycanda ifadə azadlığı üzrə beynəlxalq tərəfdaşlıq qrupunun təşəbbüsü ilə martın 25-də Londonda mərhum Azərbaycan jurnalisti Elmar Hüseynovun qətli ilə bağlı ictimai dinləmələr təyin olunub.

Dinləmələrə mərhumun həmkarı, jurnalist, İnsan Haqları Uğrunda İctimai Birliyinin sədri Eynulla Fətullayev məruzəçi qismində dəvət olunub. Dinləmələrə eyni zamanda E.Hüseynovun həyat yoldaşı, hazırda Norveçdə mühacir statusunda yaşayan Ruşaniyyə Hüseynova da dəvət edilib.

Tədbirdə E.Hüseynovun qətli ilə bağlı aparılan istintaqın hazırki vəziyyəti, indiyə qədər qətlin açılmamasının səbəbləri müzakirə ediləcək. Bu barədə Turan Eynulla Fətullayev məlumat verib.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button