Fazil Mustafanın yeni kitabı çapdan çıxdı:”Bu kitab fərqli düşüncəni anlayan insanlara bir ərməğandır” + FOTO

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın yeni kitabı çapdan çıxıb. 

Bu barədə onun özü sosial şəbəkədəki səhifəsində məlumat verib.

Fazil Mustafa deyib ki, yeni kitabı sağlam düşüncəni, fərqli düşüncəni anlayan insanlara bir ərməğanıdır:

“Son bir ildə yazılmış çeşidli mövzulara aid məqalələr toplusudur. Yaxın günlərdə müxtəlif kitab evlərinə paylanacaq. Ayrıca təqdimatını da düşünürəm. Ola bilsin ki, təqdimat ləngidi, çünki başqa bir kitabımın da yaxın həftələrə nəşriyyata təqdim olunması planlaşdırılıb, son bir ildə nəşr olunan üç kitabın birlikdə təqdimatını keçirmək bəlkə daha məqsədəuyğundur”.

Qeyd edək ki, bu, Fazil Mustafanın sayca 19-cu kitabıdır. Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.  (strateq.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button