Fransa dövləti Bakıda Milli Bayramını qeyd etdi – FOTO/VİDEO

İyulun 14-də Fransanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Bastiliyanın alınması günü münasibətilə Hyatt Hoteldə rəsmi qəbul təşkil edib.

Fransanın Milli Bayramı münasibətilə keçirilən tədbirə dəvət olunan qonaqları Fransanın Azərbaycandakı səfiri Zati-Aliləri xanım Orelia Buşez qarşılayaraq, salamlayıb.

Fransanın Azərbaycandakı səfiri Zati-Aliləri xanım Orelia Buşez
Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez

Azərbaycan dövlətinin məsul şəxslərinin, müxalifət nümayəndələrinin, mətbuatın, QHT rəhbərlərinin, müxtəlif siyasi qurum rəhbərlərinin dəvət aldığı  tədbir iki hissədən ibarət olub.

SAM_1307 SAM_1313 SAM_1314 SAM_1318 SAM_1319

Tədbirin rəsmi hissəsi Azərbaycan və Fransanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir, xanım Oreliya Buşez çıxışında Fransa və Azərbaycan dövlətləri arasında yaranan uzun müddətli dostluq əlaqələrindən danışıb:

“Fransa və Azərbayucan arasında təhsil, mədəniyyət, iqtisadiyyat, siyasət və digər sahələrdə çox yaxşı münasibətlər var. Azərbaycan və Fransa arasında münasibətlər bütün sahələrdə, xüsusən də siyasət, iqtisadiyyat,mədəniyyət və təhsil sahəsində çox yaxşı inkişaf edib. İkitərəfli əlaqələri daha da inkişaf etdirmək məqsədilə Azərbaycan və Fransa hökuməti arasında İqtsadi Komissiya və Azərbaycan-Fransa parlamentlər arası işçi qrup fəaliyyət göstərir”.

Ölkələrimiz arasındakı əlaqələrdən söhbət açan diplomat qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin və danışıqların münasibətlərimizin inkişafına əlverişli zəmin yaratdığını deyib.

SAM_1324

Tədbir bədii hisə ilə davam etdirilib. Fransız mahnılarının müşayətilə səsləndirilən canlı musiqi qonaqların ürəyincə olub.

123

Tədbirə SOCİETE GENERALE, AİRBUS Defence@Spase,  CNIM Azerbaijan, RAPIO SOLUTIONS, MBDA, SUEZ, SYSTRA, TOTAL, IVECO-BUS, Schneider,   THALES, BOS SHELF, ENGIE, HENNESSY, SANOFI, AXA MBASK, VOLVIC, DANONE, BADOIT, PAUL, ENTRÉE  kimi tanınmış şirkətlər sponsorluq ediblər.

Fransanın Milli Bayramı:

Fransada XVIII əsrin sonu Kralın ikiüzlü siyasəti və Parisin çörəklə təchizatının kəskin pisləşməsi cəmiyyətdə gərginliyin artmasına səbəb olur. Parlamenti dəstəkləyən əhalinin gözünə hər yanda “aristokrat sui-qəsdi” görünməyə başlayır, şəhərə şayiə yayılır ki, kral qoşunları Bastiliya qalasının yanında cəmləşəcək. Paris qiyama qalxır. Qiyamçılar silah anbarlarını ələ keçirir, 14 iyul 1789-cu ildə isə hamının kral tiraniyasının rəmzi kimi tanıdığı Bastiliya ələ keçirilir . Bu, artıq qiyam deyil, əsl inqilab idi.

Bastiliyanın alınması günü indi Fransada milli bayram kimi qeyd olunur.

bastiliya

Bastiliyanın alınmasından dərhal sonra Fransada iri torpaq sahiblərinə qarşı kəndlilərin üsyanı başlayır. Üsyançıları dəstəkləyən Milli Assambleya avqustun 6-da feodal imtiyazlarının və kilsə vergisinin (mədaxilin 10%-i) ləğv olunması barədə dekret qəbul edir. Bu dekretdən xəbər tutan kəndlilər yubanmadan kütləvi şəkildə aristokratların və katolik kilsəsinin torpaqlarını zəbt etməyə başlayırlar.

Zəruri qeyd:

Xarici siyasətinin idarəedilməsinin Fransa sistemi bəzi fərqli xüsusiyyətlərə və ənənələrə malikdir. 1958-ci və sonrakı illərin hadisələri Fransanı prezident respublikasına çevirdi. Məlum olduğu kimi, bu general Ş. de Qollun adı ilə bağlıdır. Parlament iki palatadan ibarətdir: Milli məclis və senat. Milli məclis bilavasitə, senat bilvasitə səsvermə yolu ilə seçilir. Senatda ərazi vahidləri və xaricdə yaşayan fransızlar təmsil olunur. Fransızların ifadəsinə görə, parlament haqqında bölmə konstitusiyanın «künc-bucağında» yerləşir. Lakin müharibənin elan edilməsi kimi mühüm məsələnin həlli məhz parlamentin səlahiyyətlərində təsbit edilib. Həmçinin Milli Məclis hökümətə inam yaxud inamsızlıq (o cümlədən xarici siyasət sahəsində) nümayiş etdirmək hüququna malikdir. Bəzi beynəlxalq müqavilələr yalnız parlament tərəfindən təsdiqlənə bilər. Əsas funksiyalar – səfir təyin etmək və xarici səfirləri akreditə etmək, sazişlərin bağlanması haqda danışıqları aparmaq və həmin sazişləri ratifikasiya etmək, Milli təhlükəsizliyi təmin etmək və hərbi qüvvələrin başçısı olmaq, prezidentin əlində cəmləşib. Baş nazirin rolu Böyük Britaniyaya nisbətən xeyli aşağıdır. Bununla yanaşı, baş nazir hökümətə başçılıq edir və deməli, gündəlik olaraq xarici siyasət məsələləri ilə də məşğul olur. Həmçinin konstitusiya şurası mövcuddur. Şura 9 illik səlahiyyətlərə malik olan 9 üzvdən ibarətdir və xarici siyasi fəaliyyətə nəzarət edir. Ölkənin bütün keçmiş prezidentləri ömürlük bu şuranın üzvləridirlər. Xarici siyasətin əsas halqası tarixçəsi 1628-ci ilə gedib çıxan XİN. 1853-cü ildən nazirlik məşhur Ke d’Orse bulvarında yerləşir. Ona nazir başçılıq edir, nazir yanında dəftərxana fəaliyyət göstərir. Həmçinin avropa və frankofon işləri üzrə iki nazir müavini də var. Xarici əlaqələr orqanlarına Frankofon cəmiyyətinin mərkəzi orqanları da aiddir. 1952-ci ilin 19 sentyabr dekreti ilə Fransanın diplomatik xidməti ümumi inzibatçılıq qulluqçularından ayrılmış, diplomatik və konsul personalı dörd məmur qrupuna bölünmüşdür: elçilər, məsləhətçilər və xarici işlər üzrə katiblər, Şərq üzrə mütəxəssislər və iş icraatçıları. Həmçinin iqtisadi işlər üzrə referentlər, attaşelər və s. var. Xarici nümayəndəliklərdə adətən siyasi, ticari-siyasi, konsul, protokol, həmçinin mətbuat, mədəniyyət şöbələri yaradılır.

Fransa partiyaları:

Fransa Sosialist Partiyası – FSP, Lider: F.Olland

Fransa Kommunist Partiyası – FKP, Lider: J.Byuffe

Fransa Uğurunda Hərəkat – FUH, Lider: F.Deviye

Milli Cəbhə, Lider: J.J.Penn-dir

Fransa hökuməti: 

İdarəetmə forması prezidentli respublikadır.

Ali qanunverici orqan – ikipalatalı parlament (Milli Məclis və Senat)

Ali icraçı orqan – Nazirlər Sovetidir.

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button