Geopolitik çərx tərsinə çevrilir: Deyəsən, bu dəfə İslam ölkələri İsraili cəzalandıracaq

İslam İşbirliği Teşkilatı, Golan için toplanıyor

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) özünün fövqəladə yığıncağını çağırıb.

Toplantıda İsraillə ərəb ölkələri arasında ən ciddi problem kimi ortaya çıxan Qolan təpələri məsələsi müzakirə olunacaq.

İƏT-nin yaydığı yazılı açıqlamada qeyd olunur ki, toplantı təşkilatın icra komitəsinin daimi üzvlərinin iştirakı ilə önümüzdəki çərşənbə axşamı günü keçiriləcək. Toplantıda qəbul ediləcək qərar maraq doğurur.

Bilidiyi kimi, ötən həftə öz toplantısını Qolan təpələrində keçirən İsrail hökumətinin baş naziri Binyamin Netanyahu “Qolan təpələri sonsuza qədər bizdə qalacaq”demişdi. Netanyahunun bu çıxışına dünya dövlətlərinin, o cümlədən ABŞ-ın reaksiyası sərt olmuşdu.

Daha sonra İsrail kəşfiyyatına bağlı “DEBKAfile” saytının yaydığı bir məlumat İsrailin birdən-birə belə bir diplomatik həmləyə keçməsinin səbəblərinə aydınlıq gətirmişdi. Məlumata görə, Rusiya və ABŞ prezidentləri Qolan təpələrinin Suriyaya qaytarılması barədə razılığa gəlmişlər. Zənnimizcə, İsrail də məhz bu razılaşmaya reaksiyasını bildirmək üçün həmin addımı atıbmış.

Netanyahunun dünən Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında ifadə etdiyi fikirlər də bu ehtimalı qüvvətləndirir.  Baş nazir tərəf-müqabilinə deyib: “Qolan təpələrində İsrailə yönəlik yeni bir terror cəbhəsi açılmasını önləmək üçün hər şeyi edirik. Bu, üzərində israrla dayandığımız qırmızı xəttimizdir. Şəhərlərimizə və uşaqlarımıza o təpələrdən atəş açıldığı günlərə dönə bilmərik. Bu səbəbdən, bir razılaşma çərçivəsində olsun ya da olmasın, Qolan təpələri İsrailin parçası olaraq qalmağa davam edəcək”.

Göründüyü kimi, Netanyahu Putinlə danışığında beynəlxalq iradəyə rəğmən, strateji əhəmiyyətli Qolan təpələrini əldən verməyəcəklərini bəyan edib. İƏT-nın fövqəladə toplantısını çağırmasının bu bəyandan dərhal sonraya təsadüf etməsi də Yaxın Şərqdə yeni bir konflikti tətikləyə bilər. Böyük ehtimalla, bu münaqişə İsrail-ərəb konflikti olacaq.

Bir çox ekspertlərə görə, Yaxın Şərqdə məzhəb savaşlarının qızışdırılması  İsrailin təhlükəsizlik strategiyasından irəli gəlir. Müsəlmanların əraziləri hesabına öz sərhədlərini genişləndirmək siyasətinə üstünlük verən Təl-əvivin özünə yönələcək nifrəti tamamilə başqa istiqamətlərə çəkmək məqsədilə islami vəhdəti parçalayacaq bu metodlardan istifadə etməsi ağlabatandır. Təsadüfi deyil ki, sionist strateqlərdən sayılan Oded Yinonun qələmə aldığı “1980-ci illərdə İsrail üçün Strategiya” məqaləsində də bu məsələ vurulanır, Suriya və İraq kimi dövlətlərdə sonu görünməyən məzhəb müharibəsi çıxarmaq təklif olunurdu.

Görünür, beynəlxalq iradə getdikcə qlobal problemə çevrilən bu strategiyanın qarşısını kəsmək üçün çərxi tərsinə çevirməyə qərar veriblər. Bunun üçün isə ilk növbədə İsrailin işğal etdiyi ərazilərin müsəlman ölkələrə qaytarılması nəzərdə tutulub. Müsəlman ölkələrin bu istiqamətdə səylərini artırması, həqiqətən də, məzhəb müharibələrini arxa plana atar və sionist təhlükəyə qarşı vəhdət yarada bilər.

Artıq islam dünyası bu cür qlobal təhlükələrin önünə çıxmaq üçün müəyyən addımlar atıblar. 40-a yaxın dövlətin formalaşdırdığı ordu, ölkələrin silahlanma potensialı, özəlliklə də Pakistanın dünyanın 3-cü nüvə gücünə çevrilmək iddiası istənilən qüvvəyə qarşı çəkindirici rol oyanaya bilər. Görünən budur ki, qlobal güc mərkəzləri istinin nə olduğunu başa salmaq üçün öz dəcəl övladının əlini közə basmağı məsləhət biliblər.

İƏT köz rolunu oynaya biləcəkmi? Yaşayarıq, görərik.

Heydər Oğuz

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button