Göyçayın icra başçısı prezidenti aldadır?!

kraska uzlukBu haqda məşhur bloqer Mehman Hüseynov öz FB səhifəsində məlumat verib:

“Gördüyünüz bu saxta üzlüklü bina Göyçayda Heydər Əliyev prospektində yerləşir.

Dəhşətli yanğından sonra bütün rayon icra başçılarına deyilib ki, bu üzlükləri sökün, insanlar təhlükə ilə üz-üzədir.

Amma Göyçay rayon icra başçısı nə edir? Tez alışqan saxta üzlükləri sökmək əvəzinə, rəngləyir.

Kənardan baxan görsünki bu başqa yeni bir üzlükdür. İcra hakimiyyətin nümayəndəsi bu binanın sakinlərini yığıb bildirib ki, “Bax binanı gözəl təmir etmişik, üzlükləri rəngləyirik. Bu üzlüklərnən bağlı kimsə şikayət eləsə binanı yararsız hala salıb sökəcəyik.

Ona görə də sakitçə oturun”. Binanın sakinləri də razılaşıblar ki, üzlükləri rəngləsinlər.

Görünür, icra başçısı nəticə çıxartmayıb o yanğından sonra. Deyilib axı sökün! Vətəndaşlarımız diri diri yandı, bu bəs olmadı? Xoşunuz gəlir bu milləti diri-diri yandırmağa? Görünür bunlar üçün insan həyatından çox pul maraqlandırır. İcra başçısı bu üzlükləri sökmürsə və onları rəngləyib xalqı aldadırsa deməli bu işdə FHN və rayon polis idarəsinin də xəbəri var!”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button