HÜQUQ MÜDAFİƏÇİLƏRİ İQTİDARI SİYASİ MƏHBUSLARI AZAD ETMƏYƏ ÇAĞIRDILAR

09.10.2012

AŞPA-nı payız sessiyasında iştirak etmiş insan haqları üzrə Monitorinq Qrupu bazar ertəsi Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin ofisində sessiyanın nəticələrinə dair mətbuat konfransı keçirib.


Hüquq müdafiəçisi Novella Cəfəroğlu siyasi məhbus anlayışını əhatə edən meyarların qəbul olunmasını önəmli hadisə adlandırıb. Azərbaycanda siyasi məhbus məsələsi üzrə xüsusi məruzəçi Kristofer Ştrasserin hesabatı ilə qəbul edilən bu meyarların Avropa Şurasının üzv dövlətlərinə aid olunduğu qeyd edilib. “Bu baxış daha ədalətlidir, çünki siyasi məhbus təkcə Azərbaycanda yox, AŞ-sı üzü olan bütün dövlətlərdə var və hamısı da azad olunmalıdır”-deyə hüquq müdafiəçisi meyarların qəbul edilməsinə münasibət bildirib. K.Ştrasser siyasi məhbus məsələsinin çox dövlətləri əhatə etdiyi üçün bununla bağlı xüsusi qrup və qurum yaradılması təklifi verib. Bu mövqeyi Monitorinq Qrupunun dəstəklədiyi də vurğulanıb. Bunu arxasınca hüquq müdafiəçiləri hakimiyyətə 2013-cü ilin yanvarına kimi siyasi məhbusları azad etmək çağırışı səsləndiriblər. AŞPA-nın 2013-cü il yanvar sessiyasında Azərbaycan üzrə xüsusi məruzəçilərin və K. Ştrasserin siyasi məhbus məsələsi üzrə məruzəsinin müzakirəyə çıxarılacağı xatırladılıb. Sessiyada Azərbaycan üçün xoşagəlməz hal yaranmasın deyə qalan müddət ərzində siyasi məhbusların azad olunmasını zəruriliyi vurğulanıb.
Sessiya ehtimal edilən siyasi məhbusun bu ada uyğunluğunu Avropa Məhkəməsinin müəyyən etməsi düzəlişinə səs verməyib. Beləliklə, ehtimal edilən şəxsin siyasi məhbus sayılıb-sayılmaması yerli hüquq-müdafiə qurumlarının öhdəsində qalıb.
Azərbaycan zabiti Ramil Səfərovun məsələsinin müzakirəsində Azərbaycan deputat nümayəndə heyətinin zabitin müdafiəsilə bağlı mövqeyini hüquq müdafiəçiləri müsbət sayıblar. Yaydığı videolarla son günlər Azərbaycanın ictimai gündəmində yer alan keçmiş ABU rektoru Elşad Abdullayev Strasburqda hüquq müdafiəsçilərilə görüşüb. E.Abdullayev 2003-cü ildə oğurlanmış qardaşının taleyinə aydınlıq gətirilməsinə yardımçı olmalarını istəyib. Hüquq müdafiəçiləri bu işin araşdırılması üçün respublika prokurorluğuna müraciət edəcəkləri vədi veriblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button