Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə hökm oxundu

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə hökm oxundu
Prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilənlər Kənan Mədətov və Samir Mustafayevin digərləri ilə əlbir olmaları öz təsdiqini tapmadığına görə onların ittihamları  32.5 ( Cinayətin törədilməsinə köməkçi) və 126-cı ( Qəsdən sağlamlığa ağır zərər vurma) maddələrinə tövsif edilib.  
Onların hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, dövlət ittihamçısı  təqsirləndirilən Elşən İsmayılovun 14 il, Arif Əliyevin 14 il, Camal Məmmədovun 12 il, Kənan Mədətov və Samir Mustafayevin isə 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Jurnalist Rasim Əliyev avqustun 8-də Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyüldükdən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avqustun 9-da gecə xəstəxanada vəfat edib. Bu cinayət işilə əlaqədar altı nəfər həbs olunub. Təqsirləndirilən şəxslər  Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunurlar. Digər təqsirləndirilənlər Elşən İsmayılov və Arif Əliyev isə hadisə yerindən mərhum jurnalistin telefonu və pul kisəsinin götürülmələri ilə əlaqədar həm də CM-nin 177-ci (oğurluq) maddəsilə ittiham olunurlar.
Cavid Hüseynova Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqın sonunda isə Cavid Hüseynovun işi ayrılaraq ayrıca icraata verilib və hazırda Səbail rayon məhkəməsində baxılır.
Zərərçəkmiş tərəf və təqsirləndirlənlər cinayət işinə Rasimi müayinə edilən həkimlərin də cəlb olunmasını tələb etsələr də, bu barədə olan vəsatətlər təmin edilməyib.
Rəşad VAQİFOĞLU

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button