Mənfi xəbərlərdə lider olan Nazirlik

Təhsil nazirliyi Qurumun vəzifəli şəxslərinin cinayət işinə cəlb edilməsi nazirliyi «lider» edib

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin mart ayı üzrə nazirliklərlə bağlı analiz işini yekunlaşdırıb.

2016-cı ilin mart  ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklərlə əlaqəli 53000 xəbər yerləşdirilib. Bunlardan 51599-u neytral, 308-i mənfi, 1093-ü isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”: Təhsil  Nazirliyi (79 xəbər – təhsil sistemində 170 min manatlıq korrupsiya faktı aşkarlanıb, nazirliyin vəzifəli şəxslərinə cinayət işi açıldı və s.), Maliyyə Nazirliyi (78 xəbər – Üçqat agent adlandırılan nazir ətrafında məsələ böyüyür- sensasiyalı gəlişmələr), Vergilər Nazirliyi (46  xəbər – vergilər idarəsində ciddi nöqsanlar aşkarladı – rəsmi).

Müsbət xəbərlər arasında liderlər: Daxili İşlər Nazirliyi (940  xəbər – qanunsuzluqlar aşkar edib), Maliyyə Nazirliyi (68  xəbər – Maliyyə nazirliyi təhsil nazirliyində yeyinti aşkarladı), Fövqəladə Hallar Nazirliyi (64  xəbər – Bakida 7 nəfər xilas edilib, FHN azyaşlını xilas etdi və s).

Xəbər sayına görə sıralama: 

  1. Daxili İşlər Nazirliyi 9250 xəbər
  2. Müdafiə Nazirliyi                                          7940 xəbər
  3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4954 xəbər
  4. Fövqəladə Hallar Nazirliyi 4187 xəbər
  5. Ədliyyə Nazirliyi 3137 xəbər

 Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 3870 xəbər dərc edilib. Bu xəbərlərdən 3839  xəbər neytral, 29 isə müsbət, 2-si isə mənfi  xəbərdir.

Yazılı mətbuatda (qəzet və jurnallarda) müsbət xəbərlər Daxili İşlər Nazirliyinə (29 xəbər – qanunsuzluqlar aşkar edib), mənfi xəbərlər isə  Maliyyə Nazirliyinə (2 xəbər – Samir Şərifovu kimlər, niyə vurdular?) məxsusdur.

Xəbər sayına görə sıralama: 

  1. Daxili İşlər Nazirliyi                            632 xəbər
  2. Müdafiə Nazirliyi                                371 xəbər
  3. Ədliyyə Nazirliyi                                 370 xəbər
  4. Təhsil  Nazirliyi                                  312 xəbər
  5. İqtisadiyyat  Nazirliyi                         279 xəbər

 Mart ayında televiziya kanallarında nazirliklər haqqında 1202 xəbər göstərilib. Bu xəbərlərdən 1188 xəbər neytral, 14 xəbər müsbətdir.

Televiziya kanallarında nazirliklər haqqında müsbət xəbərlər Daxili İşlər Nazirliyinə (14  xəbər – qanunsuzluqlar aşkar edib) aiddir…

Xəbər sayına görə sıralama:

  1. Xarici İşlər Nazirliyi                                                               191 xəbər
  2. Təhsil  Nazirliyi                                                                          150 xəbər
  3. Müdafiə Nazirliyi                                                                    118 xəbər
  4. Gənclər və İdman Nazirliyi                                                    98  xəbər
  5. İqtisadiyyat  Nazirliyi                                                            82  xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button