Məsuliyyət Dövlət Gömrük Komitəsi (DGK) üzərində olacaq

Qubad İbadoğlu

İqtisadi Tədqiqatlar Mərkəzinin və ADR Hərəkatının sədri

2017-ci ilin büdcəsində gömrük ödənişlərinin kəskin artımla proqnozlaşdırılması yalnız tariflərinin deyil, ƏDV-nin də dərəcəsinin qaldırılmasına hesablanıb.

Bu da son nəticədə idxal mallarının bahalaşmasını şərtləndirəcək.

2017-ci ilin büdcəsinin mədaxil hissəsinin artımının formalaşmasında ən böyük məsuliyyət Dövlət Gömrük Komitəsi (DGK) üzərində olacaq. Çünki qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmaların artırılmasının əsas yükü bu Komitənin üzərinə qoyulub. Gömrük intizamının artırılmasının və gömrük tarifi daha az pilləli sistemə keçidinin təminatı üzərində qurulan, eləcə də devalvasiyanın təsiri ilə “şişən” ödənişlər hesabına DGK-nın planı gələn il bu ilin proqnoz göstəriciisi ilə müqayisədə 390 milyon manat və ya 21,5 faiz artırılıb. DGK-nın yeni il üçün proqnoz öhdəlikləri 2015-ci ilin faktikii göstəricisindən 608,1 milyon manat və 38, 2 faiz çoxdur.
Gələn il əsasən idxala əlavə dəyər vergisi və gömrük rüsumları hesabına formalaşacaq artıma görə DGK-dan daxilolmalar qeyri-neft büdcə gəlirlərinin 27,2 faizini, cəmi büdcə gəlirlərinin 13,8 faizini, ÜDM-in isə 3,5 faizini təşkil edəcək.
Bu halda DGK yalnız idxala ƏDV üzrə büdcəyə 1,64 milyard manat, gömrük rüsumlarına görə 454 milyon manat, aksizlərə görə 90 milyon manat və yol vergisinə görə 17 milyon manat ödəməlidir. DGK-nın bu ödənişləri ilkin olaraq sahibkarların xərclərində, son nəticədə isə istahlak qiymətlərində maddiləşəcək və onun əziyyətini də eyni məhsullara əvvəlkindən daha çox pul xərcəmək məcburiyyətində qalan istehlakçılar çəkəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button