Meyxanaçı Samirə ATV-ni məhkəməyə verir-MARAQLI SƏBƏB

Sənətçi “Ölkə.Az”-ın əməkdaşıyla söhbətində Əliyevanı illərdir tanıdığını və aralarında pis münasibətin olmadığını dilə gətirib:

“Gülüstanla bir-birimizi illərdir tanıyırıq. Hətta o qəzaya düşəndə evinə getmişəm, bacısını, övladını, rəhmətlik anasını tanıyırdım. O mənim ailəmin içinə gəlib. Gülüstanı heç kəs tanımayanda toylara getməyinə kömək etmişəm, yerimə məclislərə göndərmişəm. Heç vaxt problemimiz, düşmənçiliyimiz olmayıb. Əgər deyibsə ki, o özü bilir kimdir. Bəli, əlbəttə kim olduğumu bilirəm. “Toylar kraliçası”nın qalibi və ali savadlı müğənniyəm. Yəqin ki, heç kəsin heç bir iddiası ola bilməz. Sadəcə, o vaxt ANS-ə zəng vurdu ki, “Ay nənə” mahnısını mən oxumuşam. Aparıcı Rövşanə Bektaşi də dedi ki, o mahnını 17 il əvvəl Samirə xanım mənim verilişimdə oxuyub. Bu mahnının girişini də mən və ansamblım fikirləşib”.

S.Yusifqızı sözügedən qalmaqala görə ATV-ni məhkəməyə verəcəyini bildirib:

“Başa düşmürəm ATV və “Ondan sonra verilişi” bizi niyə üz-üzə qoyur? Reytinq naminə niyə belə edirlər, niyə aranı qızışdırırlar? ATV-ni məhkəməyə verəcəyəm. Mənə deməmiş, kimin nə ixtiyarı var ki, bu söhbəti gündəmə gətirirlər. O mahnı xalq mahnısıdır. Heç birimizin də iddia etməyə haqqımız yoxdur. Sadəcə, mahnını ilk dəfə mən aranjiman elətdirmişəm. Sonra da Gülüstan oxuyub, əcəb edib. Halal xoşu olsun”.

Qeyd edək ki, iki xanım sənətçi arasındakı qalmaqal “Ay nənə” mahnısına görə yaranıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button