“Nardaran işi” mәhkәmәsi: Tale Bağırzadə hakimiyyəti ittiham etdi

AXCP sәdrinin müavini Fuad Qәhrәmanlı, Müsәlman Birliyi Hәrәkatının sәdri Tale Bağırzadә vә daha 16 nәfәr üzәrindә qurulan “Nardaran işi” mәhkәmәsi davam edir.

Bu gün saat 11-dә başlayan prosesdә iştirak etmәk üçün mühakimә edilәnlәrin yaxınları ilә yanaşı, ölkәnin demokratik ictimaiyәtinin nümayәndәlәri, o cümlәdәn AXCP sәdri Әli Kәrimli, dipkorpusdan Fransa, Böyük Britaniya və Almaniya səfirliklərinin tәmsilçilәri dә mәhkәmәyə gәlib.

Polislәr әvvәlcә mühakimә olunanların qohumlarından kәnar şәxslәrin zala daxil olmasına maneçilik yaratsa da, sonradan toplaşanların etirazları qarşısında geri çәkilmәyә mәcbur olublar.

Müttәhimlәrin bəzi qohumlarının könüllü zaldan çıxmaqla yaratdıqları şәrait hesabına ölkәnin ictimai-siyasi xadimlәri vә dipkorpus nümayәndәlәri prosesi izlәmәk imkanı qazanıb. Eyni zamanda çox sayda insan mәhkәmә binasının qarşısında toplaşaraq, prosesin sonunu gözlәyib.

Proses barədə jurnalistlərə açıqlama verən vəkil Fariz Namazlının sözlərinə görə,  öncə prosesdə vəsatətlər təqdim edilib: “Taleh Bağırzadə ifadəsində bildirdi ki, noyabrın 15-də Nardaranda baş verən hadisə hakimiyyətin təxribatıdır. Ölən polis işçiləri də məhz hakimiyyətin əli ilə öldürülüb”.

AXCP sədri Əli Kərimli məhkəmədə olanları şərh edərkən bildirib ki, Taleh Bağırzadə günlərlə işgəncəyə məruz qalıb və ondan AXCP və Milli Şura əleyhinə ifadələr verməyə məcbur edilib.

“Görüblər ki, Taleh Bağırzadədən istədikləri ifadəni ala bilmirlər, ona görə də Fuad Qəhrəmanlını şərləyərək Facebook statuslarına görə həbs ediblər”.

Həbs edilən Abbas Hüseynin bacısı Yasəmən Hüseyn deyib ki, məhkəmədən ədalət gözləyir. O, Abbas Hüseynin səhhətinin yaxşı olduğunu bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button