Oqtay Şirəliyevin tapşırığı ilə ilk dörd xəstə əməliyyat edildi

ssATU-da dövlət tərəfindən dəstəklənən koxlear implant əməliyyatları keçirilib

ATU-nun Tədris Cərrahiyyə Klinikasında Səhiyyə Nazirliyinin dəstəyi nəticəsində dörd uşağın eşitməsini bərpa etmək məqsədi ilə  Koxlear İmplant Əməliyyatları uğurla həyata keçirilib.

xural.com-a ATU-dan daxil olan məlumata görə, nazir Oqtay Şirəliyevin tapşırığı ilə ilk dörd xəstə əməliyyat edilib. Sevindirici haldır ki, artıq bu proses dövlət tərəfindən dəstəklənir. Belə ki, əməliyyat zamanı taxılan cihazlar Səhiyyə Nazirliyi tərəfindən təqdim olunur.

“Daxili qulağın protezləşməsi” əməliyyatları sayəsində anadangəlmə, eşitmə qabiliyyəti heç olmayan uşaqların eşitməsi bərpa olunur. ATU-nun Tədris Cərrahiyyə Klinikası bu əməliyyatların həyata keçirilməsi üçün hər cür şərait və avadanlıqla təchiz olunub.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz şöbəsinin müdiri, uzman həkim Yusif Hacıyev deyir ki, bu əməliyyatların uğurlu keçməsi üçün əsas şərtlərdən biri xəstələrin mümkün qədər tez –  4 yaşa qədər müraciət etməsidir:

“Hazırda əməliyyat etdiyimiz uşaq 1 yaş 8 aylıqdır. Yəni, biz artıq nitq inkişafının başlanğıcında bu körpəyə implant cihazı taxmış olduq. Bu uşaq artıq heç bir şəkildə o biri uşaqlardan fərqlənməyəcək, danışığı da gecikməyəcək”.

Həkim Y.Hacıyev bütün uşaqların vaxtında eşitmə müayinəsindən keçirilməsini, vaxtında həkimə müraciət etməsinin önəmli olduğunu deyir: “Əgər hər hansı bir narahatçılıq müşahidə olunursa, uşaq vaxtilə  hansısa bir ciddi xəstəlik keçiribsə, mütləq eşitmə yoxlanmasından keçmək lazımdır”.

Qeyd edək ki, əməliyyat zamanı eşitməyən uşaqların qulağına implant daxil edilir. Bu da körpələrin rahatlıqla eşitməyə və danışmağa başlamasına kömək edir.

xural.com

ss sss ssss

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button