Prezident təqaüdü alanlarınsayı açıqlandı

Emek_Ehalinin_Mudaf_Nazirliyi_Album_030512

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xətti ilə 54,6 min nəfərdən çox şəxs Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunur.

Bu barədə trend.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən, hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 54 623 nəfər şəxs Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunur.

Onlardan 176 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmiş şəxslər (həmin şəxslərdən həlak olanların ailə üzvlərinə bu təqaüd ödənilir), 19 114 nəfəri müharibə əlilləri və onlara bərabər tutulanlar, 13187-i şəhid ailələri, 447 nəfəri Böyük Vətən müharibəsi iştirakçılarıdır.

20 Yanvar faciəsi zamanı şəhid olmuş 116 nəfərin ailəsinə və 315 nəfər 20 Yanvar əlilinə, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 18 525 nəfərə, habelə müvafiq təbəqələrdən olan digər vətəndaşlara da nazirlik tərəfindən Prezidentin aylıq təqaüdü ödənilir.

Qeyd olunan şəxslərə yönələn Prezident təqaüdləri mütəmadi olaraq artırılır. Bu istiqamətdə növbəti addım kimi, dövlət başçısının cari ilin yanvar ayında imzaladığı Fərmanlarla və Sərəncamla müharibə əlillərinin, şəhid ailələrinin, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan vətəndaşların və digər müvafiq təbəqələrdən olan vətəndaşların, ümumilikdə nazirlik tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin olunan şəxslərin 95 faizə qədərinin təqaüdlərinin məbləği cari il fevral ayının 1-dən 10 faiz artırılıb.

Azərbaycan prezidentinin aylıq təqaüdü ilə təmin olunan vətəndaşların sayı da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3005 nəfər və ya 5,8 faiz artıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button