Prezidentin avtomobili qəzaya uğradı – FOTO/VİDEO
Polşa prezidenti Anjey Dudanın avtomobili qəzaya uğrayıb.
Xural.com strateq.az-a istinadən xəbər verir ki, qəzaya BMW markalı avtomobilin arxa təkərinin partlaması səbəb olub. Avtomobil qəfildən yoldan çıxıb.
Sürücünün sayıqlığı və idarəetməni itirməməsi qəzanın tələfatsız ötüşməsinə səbəb olub. Prezident Duda hər hansı xəsarət almayıb.
İnsidentdən sonra o, prezident kortejindəki başqa avtomobillə yoluna davam edib.