Prokurorluq jurnalistlərə xəbərdarlıq etdi

Jurnalistlərə yazılarına görə xəbərdarlıq edildi

Bu haqda baş redaktorun özü bildirib.

Ə.Zeynallı çağırılmasının sırf jurnalist fəaliyyəti ilə bağlı olduğunu söyləyib.

Baş redaktorun bildirməsinə görə, baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib, onunla “profilaktik” söhbət aparıb. Jurnalistin sözlərinə görə, dəvət olunmasına səbəb avropa.info saytında Prezident Administrasiyasında daxili münaqişələrdən bəhs edilən məqaləyə şərh yazması olub.

Avropa.info saytındakı yazıda AXCP sədri Əli Kərimlinin övladlarının Böyük Britaniya və ABŞ-da təhsilinin maliyyələşdirilməsindən bəhs olunub. Bununla bağlı məqalədə bir sıra iddialar yer alıb. Məqalə müəllifi iddia edib ki, bu maliyyələşmə Prezident Administrasiyasından gizlicə həyata keçirilir. Ancaq yazıda heç bir dəlil gətirilməyib.

Əvəz Zeynallı şərhində qeyd edibmiş ki, məqalənin mənbəyi Prezident Administrasiyasının bir-birini müxalifəti maliyyələşdirməkdə ittiham etməklə nüfuzdan salmağa çalışan yüksək vəzifəli məmurlarıdır. Əvəz Zeynallı onu da yazıbmış ki, bu qarayaxma bir şöbə müdirinə qarşı gizli mübarizə aparan başqa bir şöbə müdirinin işidir.

Analoji məzmunda məqalə infoaz.org xəbər saytında da yayılıb. Həmin məqalədə prezidentin köməkçisi Əli Həsənovun Prezident Administrasiyasının rəhbəri və hətta dövlət başçısı vəzifəsinə göz dikməsi iddia olunur.

Həmin xəbər saytının rəhbəri Namiq Cəfərli də bu gün, avqustun 18-də Baş Prokurorluğa çağırılıb.

N.Cəfərli də prokurorluğa çağırılmasını yazıları ilə izah edib. Ona saytda gedən yazılara görə, xəbərdarlıq edildiyini bildirib.

azadliq.info

Əlaqəli məqalələr

1 şərh

  1. Ay Əvəz bəy, sən yəni bu vaxtacan başa düşmədin ki, Əli Kərimli kimdir?!…

    Sənə Əli Kərimli kimi dələduzları müdafiə mi etmək lazımdır?!…

    İkincisi:

    Deyirlər: “Eşşəyə gücü çatmayanda – palanı çırpır!…”

    Ay Əvəz bəy, o prezident apparatında tənqid ediləsi adam varsa da – Əli Həsənov onların ən axırıncı cərgəsindədir!… Yəni indi Əli Həsənovu tənqid etmək məqamıdır?!… Yəni bunu mı indi tənqid etmək lazımdır?!…

    Sən çox gözəl jurmalist layihələrinə başlamısan, heç kəsin etmədiyini eləyirsən, və bu hakimiyyət bilmir səni tələyə necə salsın… sən isə çox böyük sadəlövhlik göstərib gah gedirsən müxtəlif boş-bekar demaqoq tədbirlərdə yuxarı başda oturub həmin cəfəng tədbirin simasına çevirilirsən, gah da lazım olmayan, təxribatçı mövzulara reaksiya verib özün hakimiyyətin əlinə səni təzədən neytrallaşdırmağa gözəl fürsət verirsən…

    Əyə, bu sənə lazımdır?!… Əyə, bu sənin millətinə indi lazımdır?!…

    Ay Əvəz bəy, bir şeyi başa düş ki, sənin bu gün elədiyin bu AXC qırırntılarının, onların partiyalarının cəm halda elədiyindən min dəfə üstündür və dəyərlidir…

    Əyə, qabaqda əslində sən gedirsən eee, bunlar yox! Sən isə elə hey gedib bunlara sıxınırsan ki, guya bunlar nəsə bir dəyərli siyasətçilərdi və Azərbaycan siyasəti üçün nəsə edirlər… Əyə, bunlar əzəldən siyasətdə uzunqulaqdan da aşağı səviyyədə olublar və bu şəkildə də qalırlar!…

    Əyə, bunlar siyasətdə heçnədir! Boş köpükdürlər!… Yəni sən bunu bu vaxtacan başa düşməmisən?!

    Sonra da, yəni sən bu qədər sadəlövhsən ki, başa düşmürsən ki, 25 ildir bunlar partiyanı öz güclərinə heç yerdə işləməyə-işləməyə, heç bir biznesi olmaya-olmaya saxlaya bilməzlər?! Ki, bunları hakimiyyət saxlayır?! Yəni sən o boyda jurnalist ola-ola bunu bu vaxtacan bilmirsən?!…

    Əliyev-Paşayevlərin biznes imperiyasını ifşa edə bilirsiz, bəs bu fırıldaqçıları ifşa edə bilmirsiz ki, nəhayət bunların əvəzinə hakimiyyətin qəti istəmədiyi əsl müxalifət çıxsın?!…

    Sən jurnalistsən, sən hər kəsdən yardım alıb peşə borcunu – proqramını, qəzetini işə salmaq üçün istifadə edə bilərsən – bunu sənə heç kəs irad tuta bilməz, lakin siyasi partiya və onun lideri bunu etməməlidir, edirsə – onda ya bunu açıq şəkildə etməlidir və onda hamı bilməlidir ki, bu partiya kimin marionetkasıdır, ya da gizlincə edirsə deməli o siyasi fahişədir və kimlərinsə agentidir…

    Məgər sən bilmirsən ki, bu 25 ildə heç bir partiya, hətta YAPda heç bir halda öz üzvlərinin hesabına dolanmayıb və dolana da bilməz, xüsusən AXC qırıntıları, hansılar ki, əslində özləri onlara hakimiyyətdən verilən itpayıdan cüzi miqdarda öz üzvlərinə atırlar ki, onlar partiyadan qaçmasınlar… Məgər sən bunu bilmirsən?!…

    Əvəz bəy, sən jurnalistsən, obyektiv jurnalistsən! Sən bu gün bu Azərbaycanda müstəsna rol oynayırsan, sən bu gün bu millətə öz verilişlərinlə hamıdan çox lazımsan, sabah sənin ağzını hakimiyyət yumsa bu informasiya məkanında yenə də susqunluq olacaq.. Əyə, bu sənə lazımdır?!… Əyə, bu sənin millətinə lazımdır?!…

    Sən yəni başa düşmürsən ki, prezident seçkiləri ərəfəsində sən və sənin verilişlərin hakimiyyət üçün ən təhlükəli siyasi müxalifət silahıdır və bunlar bir fürsət axtarır ki, sənin ağzını yumsunlar?!…

    Əvəz bəy, ağıllı ol!… AXCdən çıxan qırıntıların siyasi fitnə-fəsadına getmə, öz işinlə məşğul ol!… Sən və sənin verilişlərin bu gün misilsiz qədər bu millətə lazımdır!…

    Haçan ki səni kimi digərləri də meydana çıxdı, onda nə istəyirsən et, lap istəyirsən verilişində Filənkəsin atasını-anasını söy, indiki vəziyyətdə isə təxribata getmə, müdrik ol!…

    Oqtay Ataxan

    20.08.2017. 14:56

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button