“Qarabağdakı son əməliyyatlardan sonra erməni katalikosu mənimlə görüşmək istəmədi”

Allahşükür Paşazadə

“Azərbaycanın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm və onların yaxınlarına başsağlığı verirəm.İnanıram ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq”.

Trend.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də şəhidlərimizin xatirəsinə hərs olunan tədbirdə deyib.

A.Paşazadə bildirib:

“Son hadisələr göstərdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə hazırdır: “Biz çətin dövrlərdən çox keçmişik. Bu gün insanlarda bir Vətən ruhu, sevgisi var. Azərbaycan həm daxildən, həm də xaricdən tam dəstəklənir. Bu dövlətin apardığı siyasətin nəticəsidir. Biz inanırıq ki, torpaqlarımız işğaldan azad olunacaq. Bütün dünya bilir ki, bu torpaqlar Azərbaycanın torpaqlarıdır”.

A.Paşazadə qeyd edib ki, əgər Ali Baş Komandan əmr etsə, Azərbaycan məsələni hərbi yolla həll etməyə qadirdir:

“Biz şəhidlərimizi heç vaxt yaddan çıxartmamalıyıq. İnanıram ki, qələbə bizimdir və biz bunu qazanacağıq”.

A.Paşazadə bildirib ki, bütün Rusiyanın Patriarxı Kirill Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutur və münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır:

“Bu məsələlərlə bağlı patriarx Kirilə təşəkkür edirəm. Patriarx Qarabağ məsələsinin ədalətli həllinə tərəfdardır. Həmişə bütün ermənilərin katalikosu II Qaragenlə məni görüşdürmək istəyir və son hadisələrdən sonra da görüşdürmək istədi, lakin Qaragen mənimlə görüşə gəlmədi”.

A.Paşazadə əlavə edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasəti düzgün siyasətdir:

“Başımızda əmmamə olsa da, bir əsgər kimi həmişə dövlət başçımızın yanındayıq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button