Rauf Arifoğlu Gülər Əhmədova məsələsinə aydınlıq gətirdi

Gülər Əhmədova məndən bir neçə dəfə israrla xahiş edib ki, Əvəz Zeynallı ilə görüşünə yardımçı olum”. Bu sözləri “Azadlıq”a “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.
Baş redaktorun sözlərinə görə, Gülər Əhmədovaya Əvəz Zeynallı ilə münasibətinin olmadığını və bu baxımdan ona kömək edə bilməyəcəyini bildirib: “Lakin Gülər Əhmədova mənə dedi ki, o bir çox adamdan bu barədə xahiş etsə də, heç bir nəticəsi olmayıb.

Əvəz Zeynallı həmin şəxslərin xahişlərini yerinə yetirməyib. Ona görə də ümidi yalnız mənədir. Nəhayət, Gülər Əhmədovanın bir neçə dəfələrlə israrlı xahişindən sonra mən Əvəz bəylə əlaqə saxladım və ona dedim ki, bu xanımı qəbul edərək dinləsin. Məsələ belə olub”.
Qeyd edək ki, “Xural” qəzetinin yaydığı materiallarda Əvəz Zeynallının Gülər Əhmədova ilə Rauf Arifoğlunun xahişi əsasında görüşdüyü bildirilir.
“Azadlıq” qəzeti 30 oktyabr 2011

Əlaqəli məqalələr

2 şərh

  1. Ətəyində namaz qılınacaq bir adam qalmadı.Millət vəkili özünü bu qədər alçaldirsa
    başqalarından nə gözləyək.Həqiqət məşəli həmişə onu gəzdirənlərin əlini birinci yandırır.Səbirli olun !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button