Rusiya Ukraynanın enerji sektorunu hədəfə alıb

Yayımlandı: 22 Mart 2024 13:12

“Məqsəd ölkənin enerji sistemini sıradan çıxarmaqdır”

Martın 22-də Rusiya ordusunun Ukraynaya raket zərbələri endirdiyi bildirilir.

Bu barədə Ukraynanın energetika naziri German Qaluşenko məlumat yayıb.

O, Rusiyanın zərbəsini son vaxtlar ölkənin enerji sektoruna ən böyük hücum adlandırıb.

Məqsəd təkcə zərər vurmaq deyil, 2023-cü ildə olduğu kimi ölkənin enerji sistemini sıradan çıxarmaqdır”, – deyə nazir Qaluşenko “Facebook”da yazıb.

Onun sözlərinə görə, müxtəlif ərazilərdə generasiya qurğuları, ötürücü və paylayıcı sistemlər zədələnib:

Fotolar: İvan Fedorovun “Telegram” kanalı

Bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranıb”.

“Ukrenerqo”nun rəhbəri Vladimir Kudritski də enerji sisteminə hücumu genişmiqyaslı müharibə başlayandan bəri “ən böyük hücum” adlandırıb.

Kudritski deyib ki, hücum birləşmiş silahların tətbiqi ilə xarakterizə olunur və bunlar Ukraynanın müxtəlif bölgələrinə, istilik və su elektrik stansiyalarına, həmçinin “Ukrenerqo”nun idarə etdiyi əsas yarımstansiyalara edilib.

Xarkovda Rusiya hərbçiləri enerji infrastrukturu obyektlərinə S-300/X-22 raketləri ilə 15-dən çox zərbə endiriblər. Şəhər demək olar ki, tamamilə işıqsız və susuz qalıb”, – deyə vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.

Zaporojyeyə isə 12 raket zərbəsi endirildiyi deyilir.

Bu barədə vilayət administrasiyasının rəhbəri İvan Fedorov qeyd edib:

İlkin məlumatlara görə, yeddi ev dağılıb, daha 35 evə ziyan dəyib. 1 nəfər ölüb, 2 nəfər itkin düşüb, 35 nəfər isə yaralanıb“.

Ukrayna Daxili İşlər Nazirliyi də Xmelnitskidə iki nəfərin öldüyünü bildirir.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button