Şəhidimiz III Fəxri xiyabanda dəfn olundu

sehid9

Tərtər rayonu istiqamətində atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan 22 yaşlı Quliyev Mahir Qadir oğlu ilə vida mərasimi keçirilib.

“Report”un məlumatına görə, mərhumla vida mərasimi yaşadığı evin qarşısında, Yeni Yasamal 22, Məhəmməd Xiyabani küçəsində baş tutub.

Vida mərasimində icra nümayəndələri, mərhumun təhsil aldığı Azərbaycan Texniki Universitetinin rəsmiləri və tələbə yoldaşları, eləcə də Təhsil Nazirliyinin işçiləri də iştirak ediblər.

Qeyd edək ki, M. Quliyev vida mərasimindən sonra üçüncü Fəxri xiyabanda dəfn olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button