Səadət Cahangir: “Dünya səni kiminsə unutduğu yerdi… heç…”

Xeyirli sabahlar ümidiylə…

İndiki qapıların
içi, çölü birdi… heç,
daha könül də açmaz 
üzləri dəmirdi… heç…

özünlə danışarsan:
-bu nə səs-səmirdi?
-heç…
kimsəyə söyləməzlər
belə gizli dərdi heç…

geridə bir hekayə,
danışmayım, sirrdi… heç…
dünya səni kiminsə
unutduğu yerdi… heç…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button