Şəhid balasının pozulan hüquqları-VİDEO

Şəhid Rəşid Bağırovun oğlu Xəyal Bağırov: “Atamın adı ilə alınan, sonra satılan torpağın geri qaytarılmasını və orada şəhidlərin xatirəsinə park salınmasını tələb edirəm”

Xəyal Bağırov 1992-ci ildə Ağdərə rayonunun işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərdə həlak olan şəhid Rəşid Bağırovun oğludur. Onun qarşılaşdığı problem illər boyu yığılıb qalan qalaq-qalaq ağrı-acıdır desək, yanılmarıq. Xəyalın danışdığı və bizə anlatmağa çalışdığı həyatı məşəqqətlər içərisində keçib. O, şəhid olan atasının 40 mərasimi çıxan kimi evlərindən qovulduqlarını və küçələrdə qaldıqlarını deyir. Onların heç bir hüququ təmin olunmayıb, anası dəfələrlə təhqir olunub, hətta Xəyalın dediyinə görə, döyülüb. Bu təzyiqlərə davam gətirməyən Xəyal və ailəsi dayılarına sığınmalı olublar. Ağrıdıcı odur ki, Xəyalın ailəsinin – anasının, bacısının başına bu oyunları gətirən isə başqaları olmayıb, öz doğmaca əmisi olub. İşin qəliz və bərbad tərəfi də budur.

Xəyalın bizi axtarması və problemini bizə danışması, qarşımıza ciddi problemlər çıxardı. Həm Xəyalı, həm onun rəhmətlik atası şəhir Rəşid Bağırovu, həm əmisi Məhərrəm Bağırovu, həm anası, dayısı və babasını tanıyan adamlar kimi işlərin bu istiqamətdə getməsi bizi çox narahat etdi. Yaxın qohumlar arasında belə narazılıqlar yaşanmamalı idi, dünya malı əsil-kökü olan və göz toxluğu ilə tanınan adamların arasında belə uçurumlar açmamalı, dərin mənəvi böhran yaratmamalı idi . Həm də axı işin içində millətin Şəhidlər Xiyabanında uyuyan bir şəhidi varsa, bu, heç olmamalıdır. Heç yadlar arasında olmamalıdır, o da olsun qardaşoğlu-əmi arasında.

Biz məsələni Xəyaldan eşidib narahat olduq. Xəyal hüquq-mühafizə orqanlarına müraciət edib. O, illər bundan əvvəl yaradılan “Rəşid” MMC-nin geri qaytarılmasını, onun vasitəsilə alınan, şəhidlər üçün abidə kompleksinin qoyulması planlaşdırılan və sonradan satılan torpağın öz profili yolunda istifadə edilməsini tələb edir. Məsələnin çətin tərəfi odur ki, həmin torpaq parçası bir başqasına satılıb.

Ərəb saçı kimi dolaşıq bir məsələ. Amma işin əsli odur ki, ortada bir şəhid balası var və o, arasının adından indiyə qədər olunan sui-istifadələri dayandırmaq istəyir. Bu, onun ən təbii haqqıdır. Qalır dövlətin son sözünə. Bu dövlət isə nəyə sahib çıxmasa da şəhidə, şəhidinə sahib çıxır. İnanaq və ümid edək ki, Xəyal Bağırovun arzuları gerçəkləşəcək və o, atasının adını daşıyan küçədə atasının və məhəllənin şəhidlərinin xatirəsinə gözəl bir park salıb xəyallarını gerçəkləşdirəcək.

Təki şəhidlərin ruhu şad olsun!

Təki Vətən yaşasın!

Xural.com

Əlaqəli məqalələr

2 şərh

  1. Bu 2 Xalq düşmənini tanıyın.Statistika idarəsinin işçisi Şərəfsiz Məhərrəm Bağırovdur.Göyçə mahalınnandı.Qardaşı Şəhid Rəşid Bağırovun Adına olan Şəhid büst yerini və200 ə yaxın qəsəbə Şəhidlərinin xatirəsinə olan Bulağı sökərək Rəşid kiçik müəssisəni Pivənoy,kafe və qumarxanaya çevirmişdir və Keçmiş iqtisad Məhkəməsinin hakimi Qurban Abbasova satmışdir.Şərəfsizlər….Az qaldı Dövlət sizi cəzalandıracaq və xalqın qarşısında cavab verəssiz.Nə yazıbsa Məhərrəm çox səhv edib.Respublika sənin əməlini bilir.Özünü ittiham etməlisən.İstənilən halda günahkarsan Ay Şəhid haqqı yeyən ..Şəhidin Düşmənisən sən qardaşl yox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button