“Sərhədsiz reportyorlar”: Jurnalistlər Azərbaycan həbsxanalarında işgəncələrə məruz qalır

01.09.2012

“Sərhədsiz reportyorlar” artıq bir neçə aydır həbsdə oturan və ikili cəzadan əziyyət çəkən iki azərbaycanlı jurnalistin – Əvəz Zeynallı və Hilal Məmmədovun taleyindən narahatdır.

“Onlar azadlıqdan məhrum ediliblər və amansız rəftara, təqiblərə və müxtəlif məhrumiyyətlərə səbr etmək məcburiyyətindədirlər. Bakı hökuməti bu əməlləri ilə beynəlxalq öhdəliklərini və yerli qanunları pozur.

“Biz həbsxana rəhbərliyini Hilal Məmmədovun, Əvəz Zeynallının və həbsdə olan bütün digər jurnalistlərin hüquqlarını dərhal təmin etməyə çağırırıq. Əvəz Zeynallıya həbsxanadan kənarda zəruri tibbi yardım göstərilməlidir. O, ciddi xəstəliklərdən əziyyət çəkir və ona qarşı fərqli rəftar cinayətə bərabərdir ki, bunun məsuliyyəti hakimiyyətin üzərinə düşür.

“Hər iki jurnalisti qeyd-şərtsiz azad etmək çağırışımızı təkrar edirik”. Zeynallı ombudsman Elmira Süleymanovaya qohumları ilə görüşlərə yalnız 50-100 manat rüşvətlə icazə verilməsi haqqında şikayətlə müraciət edib. Həbsxana rəhbərliyi həmçinin Zeynallının bir sıra beynəlxalq təşkilatların, o cümlədən ATƏT nümayəndələri ilə görüşmək xahişini rədd edib.

Rəhbərlik Zeynallıya vəkili ilə təkbətək görüşmək imkanı vermir. Onun öz qəzetinin əməkdaşları ilə əlaqə saxlamaq imkanı yoxdur və həbsxana rəhbərliyi müntəzəm olaraq onun məktublarını oxuyur.

“Tolışi Sədo” qəzetinin redaktoru Hilal Məmmədova gəlincə, o, dövlətə xəyanət və irqlər və millətlər arasında ayrıseçkilik salmaq ittihamı ilə həbs edilib, lakin sonradan narkotik saxlamaqda ittiham edilib.

Məmmədov saxlanılarkən döyülüb və fiziki və mənəvi təzyiqlərə məruz qalıb. İki gün əvvəl Nəsimi rayonu Məmmədovun həbsinin ilk iki günündə yeməksiz və susuz saxlanması barədə şikayətini təmin etməyib.

“Tolışi Sədo” qəzetinin əvvəlki redaktoru Novruzəli Məmmədov 2009-cu ildə həbsxanada tibbi yardım göstərilməsindən imtina edildikdən sonra vəfat edib.

Martın 13-də həbs olunmuş Zaur Quliyev – “Xəyal TV” telekanalının redaktoru da ağır şəraitdə saxlanılır. Apreldə məlum olub ki, o, həbsxana mühafizəçiləri tərəfindən qeyri-insani rəftara və psixoloji təzyiqə məruz qalıb

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button