Sərnişin daşınması artıb
xural.com xəbər verir ki, Dövlət Statistika Komitəsi 2015-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri açıqlayıb.
Göstəricilərə əsasən, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-may aylarında 88,7 milyon ton yük və 735,7 milyon nəfər sərnişin daşınıb, 2014-cü ilin eyni dövrünə nisbətən yük daşınması 1,3 faiz, sərnişin daşınması 3,7 faiz artıb.
Yük daşınması avtomobil nəqliyyatı ilə 6,5 faiz, hava nəqliyyatı ilə 15,9 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 3,7 faiz, metro ilə 3,2 faiz, hava nəqliyyatı ilə 3,0 faiz artıb.