Sabah Bakıda Minsk qrupu həmsədrlərinin görüşü keçiriləcək
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədri, ABŞ səfiri Ceyms Uorlik regionda münaqişənin nizamlanması üzrə danışıqlar üçün regiona gəlir. Görüşlər aprelin 6-da Bakıda başlayacaq.
Report.az xəbər verir ki, bu barədə Uorlik öz “twitter” mikrobloqunda yazıb.
“Bizə atəşin dərhal dayandırılması və hərtərəfli nizamlanmaya aparacaq danışıqlar lazımdır. Səhər görüşmək üçün Bakıya gedirəm”, — deyə o bildirib.