Tanınmış iqtisadçıdan kredit qadağasına sərt reaksiya: “Əsas kriteriya ödəmə qabiliyyəti olmalıdır”

vuqarbayram-1

“Maliyyə Bazarlarına Nəzarət Palatası təqaüdçülərə kreditlərin verilməsi qadağan edib. Beynəlxalq praktikada hansısa yaş qrupuna keditlərin verilməsinin qadağan edilməsi halına rast gəlinmir”.

Strateq.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Vüqar Bayramov deyib.

O bildirib ki, əgər vətəndaşın ödəmə qabiliyyəti varsa, onun yaşından, peşəsindən asılı olmayaraq, kredit almaq hüququ olmalıdır:

“Eyni zamanda, kimə kredit verib-verməmək hansısa qurumun deyil, bankın səlahiyyətindəki məsələ olmalıdır. Müştərinin ödəmə qabiliyyətini bank qiymətləndirməlidir. Bundan başqa, əgər təqaüdçü yüksək pensiya alırsa və hətta öz həyatını sığorta etdirib kedit üçün müraciət edirsə, bank nə üçün ona mənfi cavab verməlidir ki?

Ödəmə qabiliyyəti olan pensiyaçı yaşı nisbətən çox olduğuna görə niyə kredit almaq hüququndan istifadə etməməlidir ki?

Yaş heç zaman meyar ola bilməz, əsas kriteriya ödəmə qabiliyyəti olmalıdır. Eyni zamanda,, beynəlxalq praktikada konkret əhali qruplarına qadağaların tətbiq edilməsi diskriminasiya kimi qiymətləndirilir. Yaş qruplarına görə kredit verilməsinə məhdudiyyətlər tətbiq etməklə, problemi kredit məsələsini həll etmək mümkün deyil. Bunun üçün daha kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button