Türkiyə milli komandasının baş məşqçisi oyunçuların oruc tutmasına münasibət bildirib

“Əgər oyunun başlamasına çox qalsa, onda oyunçular oruc tuta bilərlər”.

Xural.com TRT Spor-a istinadən xəbər verir ki, bunu futbol üzrə Türkiyə milli komandasının baş məşqçısı Fateh Terim Fransada keçiriləcək Avropa çempionatının oyunları zamanı futbolçuların oruc tutması məsələsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, məşqçiliyi dönəmində belə məsələlər heç vaxt problem olmayıb: “Fransada keçiriləcək çempionatda yeganə müsəlman komandası bizik. Orucluq ayı bizim üçün bu baxımdan əhəmiyyətlidir. Əgər qarşılaşmaların keçirilməsinə çox vaxt qalsa, onda oyunçular oruc tuta bilərlər. Ancaq oyun varsa, o zaman sonra tutarlar. Bu, onların sağlamlıqları üçün çox önəmlidir. Biz onların yerinə tutarıq, onsuz da hamımız birlikdə oruc oluruq. Elə isti bir şəraitdə, gündə iki məşqin olacağı vəziyyətdə oruc tutmaq sağlamlığa mənfi təsir göstərəcək. Ancaq dostlarımız, futbolçularımız mənəvi şəraiti çox yaxşı qoruyacaq”.

Qeyd edək ki, Fransada keçiriləcək futbol üzrə Avropa çempionatı iyunun 10-da başlayacaq və iyulun 10-da başa çatacaq. Ramazan ayı isə iyunun 6-7-də başlayır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button