Ukrayna aviaşirkəti Azərbaycana reysləri ucuzlaşdırıb

“Ukrayna Beynəlxalq Hava Yolları” (UIA) QSC Azərbaycana və Azərbaycandan olan aviareyslərə 30-50%-lik endirim elan edib. Şirkətdən “Report”a verilən məlumata görə, kampaniya ümumilikdə 32 ölkəyə həyata keçirilən uçuşları əhatə edir.

Kampaniyanın şərtlərinə görə, aviabiletlər mayın 25-dən iyunun 10-dək alınmalıdır, uçuşlar isə oktyabrın 3-dən dekabrın 15-dək həyata keçirilməlidir.

Qeyd edək ki, siyahıda Azərbaycan, Avstriya, Belçika, Belarus, Çin, Kipr, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Ermənistan, Finlandiya, Fransa, İsrail, İtaliya, İran, İordaniya, Latviya, Litva, Qazaxıstan, Moldova, Niderland, Polşa, İspaniya, Şri-Lanka, İsveç, İsveçrə, Tayland, Türkiyə, Böyük Britaniya, Ukrayna, ABŞ-ın adı yer alıb.

Bundan əlavə, UIA Əmman, Almatı, Amsterdam, Ankara, Astana, Aktau, Afina, Bakı, Banqkok, Barselona, Pekin, Berlin, Brüssel, Kişinyov, Kolombo, Düsseldorf, Jeneva, Helsinki, İstanbul, Kutaisi, Larnaka, London, Madrid, Milan, Minsk, Munxen, Nyu-York, Palanqa, Paris, Praqa, Riqa, Roma, Stokholm, Tbilisi, Tehran, Tel-Əviv, Vyana, Vilnüs, Venesiya, Varşava, Yerevan, Sürix şəhərlərinə ediləcək uçuşlara da 50% endirim elan edib.

Endirimlər ancaq “Economy class” (J, N, Q kateqoriyaları) və “Business class” (Z kateqoriyası) siniflərinə aiddir.

UIA aviaşirkəti Təl-Əviv (İsrail) üçün uçiuşların tarixini noyabrın 1-dən dekabrın 15-dək, Pekin (Çin) üçün isə oktyabrın 10-dan dekabrın 15-dək müəyyən edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button