İlk müəlliməm

Ülvü Bəşər

Müəlliməm öyrədib ilk oxunu, yazını,
Müqəddəs ana kimi çəkib mənim nazımı.
Hər bir hərfi yazanda, o tutub əllərimdən,
İndi ona yazdığım, xəbər verir qəlbimdən.

Beş ildir ürəyimin olmuş o da sakini,
Ailəm kimi ürəkdən sevindirir o məni.
Sevirəm müəlliməmi kiçik ürəyimlə mən,
Kömək olsun yaradan, tutsun onun əlindən.

“Xural” qəzeti
il: 9, sayı: 049(409), 09-15 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button