Xocalı faciəsinin canlı şahidi saxta ittihamlarla həbsdə saxlanılır

Oruc Memmedov26.07.2013

Qarabağ qazisi, Xocalı soyqırımın canlı şahidi Oruc Məmmədovun həyat yoldaşı M.Məmmədova Prezidentə və Birinci xanıma müraciət etdi.

Oruc Məmmədov qrad mütəxəssisidir və 1991-ci ildən könüllü olaraq iştirak etdiyi Qarabağ döyüşlərində cəbhə xəttinin müxtəlif yerlərində vuruşub. 1993-cü il iyunun 26-da Ağdamın Boyəhmədli kəndi uğrunda gedən döyüşlərdə yaralanıb, bədənində 8 düşmən qəlpəsi gəzdirir. Yaraları sağalandan sonra da yenidən ordu sıralarına yollanıb. 2000-ci ildə ordudan tərxis olunaraq, təqaüdə çıxıb. Oruc Məmmədova döyüş xidmətlərinə görə, dəfələrlə “Milli Qəhrəman” adı verilməsi təklif olunub, lakin o, Vətən qarşısında hələ çox az iş gördüyünü və torpaqlarımız tam işğaldan azad olunmayana qədər bu ada layiq olmadığını bildirib və fəxri addan imtina edib. Buna baxmayaraq dəfələrlə xidmət etdiyi hərbi hissənin fəxri mükafatları ilə təltif olunub. Ağır döyüş yolu keçən və hərb sahəsində geniş təcrübəyə malik olan zabit olub.

Oruc Məmmədovun həyat yoldaşı Mahiyyə Məmmədova Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət edərək, Oruc Məmmədovun Vətən qarşısında gördüyü xidmətləri nəzərə almağı və onun əfv olunmasını xahiş edib:

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Mən 1991-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə misilsiz xidmətləri olan Oruc Məmmədovun həyat yoldaşıyam. Oruc Məmmədov Azərbaycan xalqının yaddaşında Xocalıda vəhşicəsinə qətlə yetirilmiş insanların meyitlərinin daşınmasında iştirak edən döyüşçü kimi qalıb. Bunu hazırda bütün dünyaya yayımlanan videogörüntülərdə də görmək olar. O kadrlarda Oruc hər bir şəhidimizi bağrına basaraq, vertolyota daşıyır.

Oruc Məmmədov hazırda həbsdədir. O, ən ağır cinayət maddəsilə ittiham olunur. Amma bir qadın və Ana kimi Sizi əmin edirəm ki, həyat yoldaşım məmurların şər və böhtanlarının qurbanıdır və o heç bir zaman dövlət adına xələl gətirəcək heç bir cinayətdə iştirak etməyib. Müharibə haqqında dərin bilgilərə malik olması, hər dəfə müxtəlif bəhanələrlə onun həbsə salınmasına səbəb olub.

16 avqust 2012-ci il tarixli hokmə əsasən isə, AR CM-nin 178.3.2 ve320.1-ci maddələrilə təqsirli bilinməklə və çəkilməmiş cəzası da qismən üzərinə gəlinməklə 8 il 6 ay muddətinə azadlıqdan məhrum edilib. Onun üzərindəki saxta ittihamları yüngülləşdirmək üçün müstəntiqdən tutmuş hakimlərə qədər bir neçə dəfə rüşvət də verdik. Lakin buna baxmayaraq, sonda bizə bildirdilər ki, O.Məmmədov hakimiyyətin hədəfinə tuş gəlib. Mən və ailəmiz qəti bu bəhanələrlə razılaşmırıq.

Çünki Xocalı soyqırımının bütün dünyada tanınmasında Sizlərin misilsiz xidmətləriniz var və inanıram ki, bu soyqırımın canlı şahidi olan, onun ağır iztirablarını qəlbində və çiynində daşıyan bir döyüşçünün hansısa məmurların şər və böhtanının qurbanına çevrilməsinə, ömrünün qalan hissəsinin həbslərdə çürüməsinə razı olmazsınız.

Mən həm də əminəm ki, Ramil Səfərov kimi qəhrəman oğullarımızı vəhşi ermənilərin caynağından qoparıb, Vətənə qaytaran Prezident, Azərbaycan həbsxanalarında çürüməyə məhkum edilmiş və onlarla vəhşi erməni muzdlusunun qətlində rolu olan bir zabiti şər və böhtan şəbəkəsinin əlində qoymaz.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Oruc Məmmədov əslində kimdir? Oruc Məmmədov qrad mütəxəssisidir və 1991-ci ildən könüllü olaraq iştirak etdiyi Qarabağ döyüşlərində cəbhə xəttinin müxtəlif yerlərində vuruşub. 1993-cü il iyunun 26-da Ağdamın Boyəhmədli kəndi uğrunda gedən döyüşlərdə yaralanıb, bədənində 8 düşmən qəlpəsi gəzdirir. Yaraları sağalandan sonra da yenidən ordu sıralarına yollanıb. 2000-ci ildə ordudan tərxis olunaraq, təqaüdə çıxıb. Oruc Məmmədova döyüş xidmətlərinə görə, dəfələrlə “Milli Qəhrəman” adı verilməsi təklif olunub, lakin o, Vətən qarşısında hələ çox az iş gördüyünü və torpaqlarımız tam olaraq işğaldan azad olunmayana qədər bu ada layiq olmadığını bildirib və fəxri addan imtina edib. Buna baxmayaraq, dəfələrlə xidmət etdiyi hərbi hissənin fəxri mükafatları ilə təltif olunub. Ağır döyüş yolu keçən və hərb sahəsində geniş təcrübəyə malik olan zabit olub.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Oruc Məmmədovun ailəsi olaraq Sizə son ümid yeri bilərək müraciət edirəm. Sinəsində 8 düşmən qəlpəsi gəzdirən, Azərbaycanın daha bir qəhrəman oğlunun şər və böhtan şəbəkəsinin əlindən qurtarın, həbsdə qalmasına imkan verməyin. Onu ailəsinə, üzünə doyunca baxa bilməyən övladlarına, nəvələrinə, Vətəninə bağışlayın. Oruc Məmmədovun həbsdən azad olunması üçün yardımçı olun”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button