Yalçın Qəhrəmanoğlu sərbəst buraxılıb

“Yalçın Qəhrəmanoğlu mayın 31-dən iyunun 1-nə qədər aerport polisində saxlanılıb”. Bunu “Turan”a jurnalsit Əvəz Zeynallı bildirib.

Onun sözlərinə görə, Yalçın Qəhrəmanoğlu elə aeroportdakı polisdə saxlanılıb. Saxlanılmasına səbəb kimi “stop” qoyulması göstərilib. “Amma Yalçın Qəhrəmanoğlu özü də bilmir ki, “stop”un qoyulması nə ilə bağlıdır. Yalçın Qəhrəmanoğlu qayıdanda saxlalnılıb-saxlanılmayacağı da məlum deyil”. Ə.Zeynallı deyib ki, Y.Qəhrəmanoğlu anasının hüzr məclisinə qatılıb, ona qarşı polisdə hər hansı kobud davranış olmayıb.

Xatırladaq ki, Y.Qəhrəmanoğlu mayın 31-də Kiyevdən Bakıya anasının hüzründə işitrak etmək üçün gəlib. Aeroportda saxanılıb. Onun saxlanılmasının səbəbi bəlli olmayıb. Y.Qəhrəmanoğlu Milli Şuranın üzvüdür. Son 5 ili Kiyevdə yaşayır.

xural.com xatırladır ki, Yalçın Qəhrəmanoğlu Ukraynada yaşayan aktiv diaspora üzvlərindən biridir və o, bu günlərdə Əvəz Zeynallının “Qaynar Qazan” verilişinə müsahibə verib və həbsdə olan siyasi məhbusların azadlığa çıxmasından danışıb (Proqrama bu linkdən baxa bilərsiniz: https://www.youtube.com/watch?v=bo1JYkXohNA).

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button