«Divani-Hikmət»də 30 İyun – Sevgililər Günü

«Divani-Hikmət»də 30 İyun – Sevgililər Günü keçiriləcək. Tədbiri «Sevgililər Günü» Təşkilat Komitəsi və ziyalılar birlikdə təşkil edirlər. İyun ayının 27-də keçiriləcək tədbirin bütün hazırlıq işləri tamamdır. Tədbirə dəvətlər xüsusi xarakterli olacaq və tədbir əvvəlki illərdə olduğu kimi hər kəsə açıq olmayacaq. Buna səbəb yerlərin məhdud sayda olmasıdır. Bu tədbirdə Azərbaycanın tanınmış elm, sənət, incəsənət xadimləri və söz adamları iştirak edəcək və söz deyəcəklər. Tədbir təşkilatçıları mümkün qədər tədbirin sözlü olmasına çalışacaqlarını deyirlər. İştirakçılar 30 İyunun ictimai-tarixi-əxlaqi əhəmiyyətindən danışacaq, günün Azərbaycan üçün lazımlılıq əmsalının yayılmasından bəhs edəcəklər. Eyni zamanda bir sıra tanınmış müğənnilər də gözəl milli müsiqilərlə iştirakçıları feyziyab edəcək, İlhamla Fərizənin ölməz xatirələrinə həsr olunmuş mahnılar ifalar edəcəklər. Tədbirin aparıcısı tanınmış və sevimli sənətkarımız Şəmistan Əlizamanlı olacaq.

Bilindiyi kimi, 30 İyun – Sevgililər Günü 2003-cü ildən «Xural» qəzetinin təqdimatında Azərbaycana təqdim olunub və millətimiz bu günü artıq 9-cü ildir ki, bağrına basaraq qeyd edir. 30 İyun millətimizin əziz şəhidləri İlhamla Fərizənin toy günlərinin tarixidir. 20 Yanvarda şəhid olan İlham və onun yoxluğuna dayanmayaraq İlhamına qovuşmaq üçün şirin canına qıyan Fərizə 1989-cu il iyun ayının 30-da ailə həyatı qurmuşdular.

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button