«Aqrolizinq»də rüşvəti necə alırlar?

 

Lizinq yolu ilə bir taxıl səpən almaq üçün fermerlər 1500 manata yaxın rüşvət vermək məcburiyyətində qalırlar

 «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətində lizinq yolu ilə kənd təsərrüfatı texnikası alanlardan rüşvət tələb olunur. Fermerlərin 24saat.az-a verdiyi məlumata görə, rayonlarda lizinq yolu ilə texnika alan fermerlər texnikanın qiymətləndirilmiş məbləğindən əlavə, rüşvət vermək məcburiyyətində qalırlar. Fermerlərin dediyinə görə, «Aqrolizinq» ASC-nın rayonlardakı filiallarında istənilən kənd təsərrüfatı texnikasını tapmaq mümkün deyil: «Əgər fermer taxıl səpən istəyirsə, bəhanə gətirirlər ki, Şəkidə taxıl səpən olmadığından fermer cəmiyyətin Ucar regionlararası təchizat bazasına getməlidir. Müəyyən vəsait xərcləyib Şəkidən Ucara gedən fermer orada çoxsaylı problemlərlə üzləşir. Əgər taxıl səpənin qiyməti 6 min manatdırsa, fermer bu texnikanı lizinq yolu ilə almaq üçün sənədləşdirmə işlərinə ən azı 1000 manat pul xərcləyir. Texnikanı anbardan çıxarmağa əlavə 100 manat, qaldırıcı kran vasitəsilə maşina yükləmək üçün 50 manat, maşınla texnikanı gətirmək üçün məsafədən asılı olaraq müəyyən məbləğdə pul çıxır. Beləcə, bir texnikanı lizinq yolu almaq üçün ilkin mərhələdə fermer 1500 manata qədər rüşvət verməlidir. Yalnız bundan sonra biz aldığımız texnikanın aylıq kreditini keçirmək haqqında düşünürük».

Fermerlər ölkədə aparılan antikorrupsiya tədbirlərinin aqrolizinq vasitəsilə fermerlərə kənd təsərrüfatı texnikalarının satılmasında rüşvətxorluğun qarşısını qətiyyən almadığını söyləyirlər. Onların sözlərinə görə, əvvəlki kimi fermerlər rüşvət verərək lizinq yolu ilə texnika alırlar.

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button