«Vikiliks» İlham Əliyevin İranla bağlı mövqeyini açıqladı

Rusiya nüvə dövləti olan İranı istəmir

 «Vikiliks» Azərbaycanla bağlı yeni sənədlər açıqlayıb. Lakin bu sənədlər rusiyalı ekspertlər tərəfindən maraqlı şərh edilir…

«Əliyev dedi, mən Medvedyevi «müasir, təzə nəsil intellektuallardan» sayıram, lakin o, onu əhatə edən insanlara nəzarət edə bilmir. O dedi ki, mən özüm Medvedyevin qəbul etdiyi qərarların həyata keçməmişdən öncə, bir neçə instansiyada da razılaşdırılmasının şahidi olmuşam. O, sərhədlərin demarkasiyası ilə bağlı razılaşmanı misal çəkdi. Medvedyevlə razılaşdırılmış bu sənəd, başqaları tərəfindən pozuldu, onun fikrincə baş nazirin administrasiyası tərəfindən. O, sonra dedi ki,” Bir çox vəzifəlilər onu (Medvedyevi) lider kimi qəbul etmirlər”. O dedi ki, onların komandaları arasında güclü qarşıdurma olduğunu müşahidə etmək olar, baxmayaraq ki, özlərinin arasında bu qarşıdurma müşahidə edilmir. Bizdə – Azərbaycanda misal var- “İki qoçun başı bir qazanda qaynamaz” (qaba küçə jarqonudur, yəni iki lider ümumən bir–biri ilə mütləq savaşmalıdır).

Əliyev cavab verdi ki, üzdə Azərbaycan-İran əlaqələri yaxşı görunsə də, əslində bu, hec də belə deyil. «Mən əlaqələrin daha da qəlizləşməsini heç də mümkünsüz hesab etmirəm» – deyə prezident əlavə etdi.

Merkel (Almaniya kansleri) məni inandırmaq üçün, İran barəsində çox sərt danışdı. Prezident dedi ki ona – «Buna ehtiyac yoxdur» – dedim.

O dedi ki, İranı iqtisadi izolyasiyada saxlamağın tərəfdarıdır. O inanır ki, əgər bütün beynəlxalq birlik həmrəy olsa, bu ideya işləyər. O dedi, keçmişdə sanksiyaların həyata keçməsini İranda işləyən beynəlxalq enerji şirkətləri imkan vermirdi. ««Statoil» İranı bizi dəstəklədiyindən artıq dəstəkləyir» – deyə o, şikayətləndi. O qeyd etdi ki, bir dəfə Rusiya prezidenti Medvedyev ona dedi ki, Rusiya amerikanların İranı tam sıxmalarına razı deyil, lakin o, nüvə İranının da peyda olmasına razı deyil.

Əliyev dedi ki, İranın Azərbaycanda provokasiyaları çoxalıb. O, ancaq Hizbullahdan olan radikal islam qrupları ilə teroristlərin maliyyələşməsini nəzərdə tutmadığını, həmçinin İranın maliyyələşdirdiyi Naxçıvanda həyata keçirilən qəddar Aşura göstərilərini, İstambulda və Təbrizdə Azərbaycan konsulluğunun qarşısında təşkil olunan nümayişləri, bu yaxınlarda Bakıda keçirilən qəddar dini yürüşü, prezidentin şəklini Davidin ulduzunun içində yerləşdirib azərbaycandilli «Səhər» telekanalında göstərməyi və Xəzər dənizində olan qarşıdurmanı misal göstərdi. O dedi ki, Azərbaycan İranla viza rejiminin liberallaşmasına getməyəcək. O, həm də qeyd etdi ki, Azərbaycan fars dilində telekanal yaratmaq və İrana yayım təşkil etməyi planlayır. O, əlavə etdi ki, başa düşmür ali dini lider niyə Əhmədinecatı keçmiş prezidentliyə namizəd Musəvidən üstün tutdu. O, hətta zarafat etdi ki, əlbəttə iki etnik azərbaycanlının İran hökumətinin başında olması təhlükəlidir. O dedı ki, seçkilərdə səslərin dəhşətli saxtalaşdırılması olmuşdu, çünki Əhmədnejat etnik azərbaycanlılar üstün olan Təbrizdə böyük üstünlüklə qələbə çaldı, amma Musəvi səsvermənin saxtalaşdırılmağı çox çətin olan Tehranda onu uddu. O, İran ətrafındakı vəziyyətin çox qəliz olduğunu görür və bu vəziyyətin hər zaman partlamağa hazır olduğunu hesab edir.

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button