Əflatun Amaşov icra hakimiyyətinin himayəçisi rolunda!

Bank səlahiyyətlisinin şikəst etdiyi jurnalist mediaya müraciət etdi

 «Hürriyyət» qəzetinin keçmiş əməkdaşı, «Kür» Vətəndaş Cəmiyyətinin üzvü Məhbub Zülfüqarlı bir sıra qurum və şəxslərə ünvanlanmış müraciət yayıb.

Müraciətdə bu ilin iyul ayının 5-də Azər Zahidov adlı şəxs tərəfindən döyüldüyünü, ağır bədən xəsarəti aldığını bildirən M.Zülfuqarlı bu vaxta qədər heç bir tədbir görülməməsindən şikayətlənir. İmişli rayon prokuroru N.Göyüşovun cinayət faktını ört-basdır etdiyini deyən jurnalist «FİNKA-Azərbaycan» kredit bankının icraçı direktoru A.Zahidovun, hətta onu şantaj etdiyini də bildirir, «Azadlıq» radiosuna, Qafqazinfoya, Mətbuat Şurasına müraciətlə onu cinayətkar adlandırdıqlarını yazır. «Mənə olan hücumları yalnız Çingiz Qənizadə durdurdu» yazan M.Zülfüqarlı MŞ sədri Əflatun Amaşovu suçlayır, onu kimlərinsə maraqlarını qorumaqda ittiham edir: «Ə.Amaşov «Hürriyyət” qəzetinə məktub göndərdi ki, M.Zülfüqarlı RİH-in hüquq şöbəsinin müdiri R.Zahidov və bankir A.Zahidovun şərəf və ləyaqətini aşağılayıb, haqqında tədbir görün. Ə.Amaşov unutdu ki, həmin qəzetdən fevral 2011-ci ildən çıxmış, vəsiqəni qəzetin sahibi S.Cəlaloğluna göndərmişəm. Bəs, Ə.Amaşovu mənim haqqımda tədbir görməyə kim və nə vadar etmişdi? Əgər mən pul istəmişdimsə, çox hörmətli Əflatun bəy bilmirmi ki, mənim qanımı töküb, məni şikəst eləyən Zahidovlar ADP sədrinin əli ilə mənə ağlasığmaz rüşvət təklif etmişdirlər?

Məni YAP-çı, əslində “müsavatçı” Mürşüd Mirzəyev, İsrafil Quliyev, Azər Əli və separatçı “müxalifətçilərin”, məmurların əli ilə təhdid etdilər, seyid, mollalar vasitəsi ilə “ya pul götürüb barışsın, ya da özünə baha oturacaq” – hədələrini hələ də göndərirlər».

Daha sonra səhhətində ciddi problemlər yarandığını bildirən müəllif baş prokurordan, hüquq müdafiəçilərindən yardım istəyir, qanunsuzluqlara son verilməsi, ctnayətkarların cəzalandırılması üçün yardım istəyir.

 Redaksiyadan:

Yazı-müraciətdə adı keçənlərin də mövqelərini dərc etməyə hazırıq.

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button