Hitlerin məğlubiyyətini, Stalinin ölümünü bildi!

Volf Qriqoryeviç Messinq

Volf Qriqoryeviç Messinq Stalinin ən yaxın adamı olub

 Volf Qriqoryeviç Messinq Rusiya imperiyasının bir parçası olan Varşava şəhərinin cənub-şərqində yerləşən Qura şəhərində 10 sentyabr 1899-cu ildə yəhudi ailəsində anadan olub.

Volf Messinq – dünya şöhrətli hipnozçu, gələcəyi xəbər verən, telepat Freydin və doktor Abelin tələbələrindən olub. Deyilənə görə, Messinq hər bir adamı öz iradəsinə tabe edə bilirmiş. Messinq ömür boyu bir cox qəliz cinayətləri açıb, gələcəkdən xəbər verib. Messinq Rusiyanın və başqa dövlətlərin gələcəyindən çox önəmli xəbərlər verib.

Messinq Hitlerin Rusiyaya hücüm edəcəyi təqdirdə məhv olacağını öncədən xəbər vermişdi. İndiyə qədər heç kim bu adamın sirrini tapa bilməyib. O, sadəcə hipnozçu deyildi, əlinin bir toxunuşu ilə həkimlərin əlini üzdüyü xəstəni sağaldırdı. Beləcə, bu dahi insan çox adamın taleyini dəyişdi, bunlardan biri də ölümdən qurtardığı Stalinin oğlu idi. Milyonlarla insan bu öngörənin çıxışlarına gəlir, onun bu Allah vergisinin şahidi olurdular. Lakin Messinq bu vergini, özünün lənəti adlandırırdı.

Dindar yəhudi ailəsində anadan olan Messinq altı yaşında sinaqoqda dərs alıb. Orada dərs deyəndə, yəhudilərin Talmudunu əzbərləmək başa düşülürdü. Artıq orada müəllimləri uşağın cətin mətnləri əzbərləmək üçün heç bir əziyyət çəkmədiyinin şahidi oldular. Messinq uşaq vaxtı evdən qaçaraq qatara biletsiz oturmuş və gizlənmişdi. Lakin onu nəzarətçı gördü. Uşaqdan bilet tələb edəndə Messinq yerdən bir kağız parçası götürüb nəzarətçiyə bilet əvəzinə verib. Nəzarətçi kağızı bilet əvəzi götürüb «Cavan oğlan, biletiniz ola-ola niyə gizlənirsiniz?» deyib. Bununla da Messinq ilk dəfə öz vergisinin gücünü hiss edib.

 Messinq xatirələrində qeyd edir ki, cavanlıqda küçə ilə gedərkən hər kəsin fikirlərini oxuyurdu. Özünü sınamaq üçün o, bir qəssaba yaxınlaşıb dedi:

– Narahat olma, borcunu qaytaracaqlar.

Qəssab cavab verdi:

– Kaş ki. Dayan cavan oğlan, sən haradan bilirsən, mənə borcludurlar və mən bu haqda fikirləşirəm?

Messinq bu məhəlləli olduğunu və bunun üçün onun nə problemi olduğunu deyib uzaqlaşdı.

Onun ən məşhur öngörmələrindən biri isə Hitlerin Rusiya ilə müharibədə məhv olacağı haqda xəbər verməsi idi. Buna görə, onu Almaniyanın bir nömrəli düşməni elan etdilər. Messinq Almaniyada həbs edildi, öz bacarığını işə salıb həbsdən qaçdı. Sərhədi keçib SSRİ- yə pənah gətirən Messinq 1974- cu ildə vəfat etdi.

  Stalinin onu yoxlamaq üçün «Kremlə icazəsiz girə bilərmi» sualına o, nəinki girmiş, hətta Kremldən buraxılış vərəqi olmadan çıxıb getmişdir. Messinq Stalinin ölum gününü də xəbər vermişdi.

 Həyat yoldaşı və asistenti Aida Mixaylovna Messinq- Raportun ölum gününü də…

Aleksandr Xarkovskinin Amerikaya mühacirətini də…

Özünün də ölüm ilini, gününü, saatını əvvəldən dəqiqliklə deyib.

Volf Messinq 1971-ci ildə RSFSR-in “əməkdar artisti” fəxri adına layiq görülüb.

Volf Messinq deyirdi:

– Məndə olan bu bacarıqlar məni başqalarından üstün göstərməz və mənə başqalarına nisbətdə heç bir əlavə imtiyazlar vermir. Bu vergidən istifadə edib varlanmaq, cinayət etmək olmaz. Əgər etsən belə, gec və ya tez cəzana çatacaqsan. Mütləq!! Ona görə mənə paxıllıq etməyin.

 

Psixoloju təcrübələr ustası, professor, akademik Yuriy Qornıy onun haqqında deyir: «Volf Messinqlə mən şəxsən tanış idim və onun necə işləməsini görmüşəm. Volf Qriqoryeviç təmiz oynayırdı, heç bir tryukdan istifadə etmir və bu tryukları, fokusları telepatiya kimi camaata sırıyanlardan zəhləsi gedirdi. İdiomotorikaya (qeyri-ixtiyari etdiyin hərəkət) dəxli olan hər bir hərəkəti Volf Messinq çox gözəl yerinə yetirirdi. Çox gözəl psixoloq kimi o, zaldan təlqin oluna bilən adam seçir, onun əlindən tutur və təkrar edirdi: “Mənim nə edəcəyim barədə fikirləşin!” İnduktorun fikirlərini Messinq çox gözəl tuturdu. Hər şey bir qırağa, Messinqin çox güclü intuisiyası var idi.»

Messinin bu vergisini Eynşteyn, Ziqmund Freyd, Rabindranat Taqor kimi nəhəng fikir adamları yoxlayıblar. Lakin bu verginin nə olduğunu heç cürə izah edə bilməyiblər.

 Aleksandr Xarkovskiy, Messinqin dostu deyir: «Mən Stalinin ölümü ilə bağlı ondan soruşanda o, mənə dedi: «Tiranı öldürmək müqəddəs işdir. Mən Stalini öldürdüm. Bunu heç kimə demə. Vaxt gələcək siz buradan köçüb okeanın o tayına gedəcəksiniz. Desən də, sənə heç kim inanmayacaq.»»

 Volf Messinqin xatirələrindən: «Mənim Rusiyada ilk danışdığım məmur mədənniyyət şöbəsinin rəisi Petr Andreyeviç Abrosimov olub (Messinq Hitlerin ölümü ilə bağlı məşhur açıqlamasından sonra Almaniyadan SSRİ- yə qaçmışdı). Mən ona baxır, onun danışığına qulaq asır, özüm isə ona; «mənə kömək elə, mənə inan, siz axı yaxşı adamsınız» deyə təlqin edirdim. Mən ona baxır və söhbətinə fasilə verməsini gözləyirdim. Fasilə yarandı. Mən bundan istifadə edib ona dedim: “Sizin böyük gələcəyiniz olacaq. Siz böyük bir dövlətdə səfir olacaqsınız (Petr Abrosimov doğrudan da səfir oldu). O, mənə inandı və Brest rayonunda qulluq edən artistlərin siyahısına daxil etdi.

Vaxtaşırı mənə yoxlamalar təşkil edirdilər. Bir məşhur adamın tələbi ilə mənə, Dövlət bankından məktəbli dəftərindən cırılmış boş vərəqlə yüz min manat pul götürmək tapşırıldı. Mən bu tapşırığı müvəffəqiyyətlə yerinə yetirdim (Tapşırıq Stalinin əmri ilə verilmişdi. 1973- cü ildə belə Messinq onun adını çəkməkdən çəkinminrdi).»

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button